Vikikitab
azwikibooks
https://az.wikibooks.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.39.0-wmf.26
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikikitab
Vikikitab müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Resept
Resept müzakirəsi
Vikiuşaq
Vikiuşaq müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Qadcet
Qadcet müzakirəsi
Gadget definition
Gadget definition talk
Vikipediya/Qeydiyyatdan keçmə qaydası
0
1935
37456
37408
2022-08-25T16:37:56Z
Turkmen
3144
[[Special:Contributions/109.235.197.83|109.235.197.83]] ([[User talk:109.235.197.83|müzakirə]]) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq [[User:Turkmen|Turkmen]] tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
wikitext
text/x-wiki
'''Vikipediya layihəsində qeydiyyatdan keçmə qaydası'''
[[Vikipediya]]nın Ana səhifəsinin yuxarı sağ küncündə yerləşdirilmiş “Daxil ol və ya istifadəçi yarat” keçidini vurduqda eyni adlı səhifə açılır.
Artıq qeydiyyatı olan hər kəs İstifadəçi adını və parolunu müvafiq sahələrə daxil edərək, “Daxil ol” düyməsini vurduqda, onun şəxsi məlumat səhifəsinə, eyni zamanda fəaliyyəti, izlədiyi səhifələr, müzakirələri və s. haqqında səhifələrə daxil olmaq imkanı yaranır.
Yeni istifadəçi qeydiyyata düşmək üçün “hesab açın” keçidindən istifadə etməlidir. Bu zaman açılan səhifədə qeydiyyat adını, parolu və şəxsi e-poçt ünvanını yazmaqla qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən hər kəs üçün yeni səhifə yaradılır ki, buraya o, istənilən məlumatı daxil edə bilər. Qeydiyyata alınmış hər kəs öz imzası (istifadəçi adı) altında ümumi və ya fərdi müzakirələrdə iştirak etmək imkanına malik olur.
[[Kateqoriya:Vikipediya]]
tqbybd6r2v6c8dd3xf653ohm2jua2ao
Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri/Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı
0
6593
37457
37390
2022-08-25T16:38:27Z
Turkmen
3144
[[Special:Contributions/85.132.71.57|85.132.71.57]] ([[User talk:85.132.71.57|müzakirə]]) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq [[User:Araz Yaquboglu|Araz Yaquboglu]] tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = [[../]]
| müəllif =
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
== Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı ==
VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
*VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:
#Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
#Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
#Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
#Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
#Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
#Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
*VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.
VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
#Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
#Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
#Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
#Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
*xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
*məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
*daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
[[Kateqoriya:Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri]]
d0vldjlntm3b8a75zy6ixsx4i6rvh1z