Vikikitab
azwikibooks
https://az.wikibooks.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.39.0-wmf.23
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikikitab
Vikikitab müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Resept
Resept müzakirəsi
Vikiuşaq
Vikiuşaq müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Qadcet
Qadcet müzakirəsi
Gadget definition
Gadget definition talk
"Qarabağ xalçaları ənənə və müasirliyin kəsişməsində"
0
13128
37405
2022-08-09T10:02:53Z
NarminAliS
8923
Ənənəvi Qarabağ xalçalarının müasir dövrdə yeni nümunələrlə müqayisəli təhlili.
wikitext
text/x-wiki
Mündəricat
Giriş...........................................................................................................................3
I FƏSİL.-QƏDİM AZƏRBAYCAN XALÇALARININ ÇOX FUNKSİONALLIĞI VƏ QARABAĞ XALÇALARININ ƏRAZİLƏR ÜZRƏ BÖLGÜSÜ................................................................................................................6
1.1.Azərbaycan xalçaları qədim dövrlər və tarixi mərhələlərdə.Azərbaycan xalçaçılıq məktəbləri.................................................................................................6
1.2. Ənənəvi Qarabağ xalçalarının keçdiyi inkişaf yolu və Şuşa Qarabağ xalçaçılığının əsas mərkəzi kimi.............................................................................12
II FƏSİL.-QƏDİM QARABAĞ XALÇA KOMPOZİSİYALARININ MÜASİR DÖVRDƏ YENİLİKLƏ SİNTEZİ.....................................................18
2.1.Ənənəvi Qarabağ xalçalarının bədii tərtibatı və Qarabağ xalça motivlərinin bu günümüzdə əksi.............................................................................18
2.2.Qarabağ xalçalarının ənənəvi kompozisiyalarının və sujetlərinin müasir xalçaçı rəssamların yaradıcılığında yeri.................................................................24
NƏTİCƏ.................................................................................................................40
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT..................................................................42
Giriş
Mövzunun aktuallığı.Dünyanın ən qədim və zəngin tarixi kökləri ilə diqqəti cəlb edən Azərbaycan incəsənəti və mədəniyyəti,Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyevin çox şaxəli fəaliyyəti və əvəzolunmaz qayğısı nəticəsində zirvələrə yüksəlməyi bacarmışdır.Ulu öndər daim öz fəaliyyətində özünün də vurğunu olduğu Azərbaycan incəsənətinin hər bir sahəsində,ənənəyə bağlılığın unudulmamasının və müasirlik fonunda irəliləmə konsepsiyasının müəyyənləşdirilməsinə böyük bir yer ayırmışdır.Ümumilli liderin həmişəyaşar ideyaları müasir dövrümüzdə onun layiqli dəvamçısı Azərbaycan Respublikasının prezidenti tərəfindən də uğurla inkişaf etdirilir.
Azərbaycan Respublikasının siyasətində,mədəniyyət və incəsənət sahəsində xalçaçılıq mühüm və əsas yer tutur. Prezident İlham Əliyev 2005-ci il dekbarın 28-də”Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”Azərbaycan Respublikasının qanununu təsdiq etmişdir ki,bu qanunda göstərilir ki,”Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir,intellektual fəaliyyətin nəticəsi olub,xalqın estetik dünyagörüşünü və mədəni identikliyini əks etdirir”(31).
Azərbaycan xalqının istedadını,şəxsi zövqünü,maddi və mənəvi dəyərini,düşüncə tərzini ilmələrində,ornamentlərində əks etdirən xalçaçılıq sənətinin qədim və tarixi kökləri vardır.
Yazılı mənbələrə,əsasən,tarixi kökləri e.ə.II minilliklərə gedib çıxan xalçaçılıq ənənələrinin,Azərbaycan xalqına hələ qədim dövrlərdən etibarən məlum olması göstərilir.Məhz bu sənətin Vətənimizdə yaxşı inkişaf etməsinin səbəbi,burada əlverişli iqlimin və zəngin təbiətin,xalçaçılığın inkişaf etməsi üçün lazım olan bütün təbii şəraitlərin mövcudluğudur.
Azərbaycan xalçaçılığında bir-birindən xarekterik xüsusiyyətlərinə görə fərqlənən müxtəlif məktəblər vardır:Zərifliyi və incəliyi,eyni zamanda daha yumşaq formada toxunulması ilə seçilən Bakı xalçaları;qədim ornamentləri və mürəkkəbliyi ilə diqqəti cəlb edən Şirvan xalçaları;həndəsi ornamentlərin üstünlük təşkil etməsi və qırmızımtıl,zoğalı rənglərlə göz oxşayan Gəncə xalçaları;az sayda rənglərin və dolğun kompozisiyanı özündə cəm edən Qazax xalçaları;Qarabağın təbiətini əks etdirən zəngin,al-əlvan Qarabağ xalçaları;ilmələrin sıxlığı və ornamental bəzəklərinin kamilliyi ilə seçilən Təbriz xalçaları buna misaldır.
Azərbaycan xalçaçılığının Qarabağ qrupuna aid edilən nümunələrin hər biri digərindən malik olduğu estetik tutum,kolorit və ornamental həllərinə görə seçilir.Qarabağ xalçaları Azərbaycan mədəniyyətinin əvəzedilməz bir parçası,müasir dövr Azərbaycan xalçaçılıq ənənələrinin inkişafında və dəvam etdirilməsində zəmin rolunu oynayan bir dayaqdır.
Buraxılış işinin obyekti və predmeti.Buraxılış işinin obyekti kimi Azərbaycan Milli Xalça Muzeyində,Azərbaycan Milli İncəsənət Muzeyində,Milli Azərbaycan Tarix Muzeyində tədqiqat işləri aparılmış,şəxsi kolleksiyalarda saxlanılan qədim və müasir Qarabağ xalça nümunələrinə,Mirzə Fətəli Axundov adına Milli Kitabxanadakı Qarabağa aid müxtəlif kitablara,arxiv qəzetlərə istinad edilmişdir.Eyni zamanda diplom işinin obyektini nəzərə alaraq Qarabağ xalçalarının ənənəvi və müasir dövr inkişafı ilə bağlı olan tarixi,arxeoloji,etnoqrafik,dini-fəlsəfi ədəbiyyat nəzərdən keçirilmişdir.
Buraxılış işinin predmetini Qədim dövrlərdən etibarən istifadə olunmağa başlanılan,ənənəvi Qarabağ xalça kompozisiyalarının müasir dövrdə inkişaf dinamikası və XX əsr xalçaçı rəssamların yaradıcılığında Qarabağ mövzsunun əksi təşkil edir.
Buraxılış işinin məqsəd və vəzifələri.Buraxılış işində qarşıya qoyulan əsas məqsəd ənənəvi Qarabağ xalça kompozisiyalarının inkişafından,burada istifadə edilən və dərin mənəvi dəyərləri ilə seçilən ornamentlər və müxtəlif simvollardan,eləcə də müasir dövrdə xalçaçı rəssamların yaradıcılığında Qarabağ mövzusu və müraciət edilən Qarabağ xalça kompozisiyalarının təhlilindən ibarətdir.Bununla əlaqədar aşağıdakı vəzifələr əsas olaraq göstərilmişdir:
- Azərbaycan xalçalarının qədim dövrlər və tarixi mənbələrdəki rolunu müəyyənləşdirmək;
-Azərbaycan xalçalarının məişətdə istifadə istiqamətlərnin və əhəmiyyətinin müəyyən edilməsi;
-Xalçaçılıq məktəbləri,mərkəzlər və növlərinin sistemləşdirilməsi;
-Qarabağ xalçalarının inkişafında Şuşanın əsas mərkəz rolunu oynadığını vurğulamaq;
-Qarabağ xalçalarının ənənəvi kompozisiyalarının təhlil edilməsi;
-Müasir dövrdə yer alan ənənəvi Qarabağ xalça kompozisiyalarının bədii xüsusiyyətlərinin müəyyənləşdirmək;
-Ənənəvi Qarabağ xalça nümunələri ilə XX əsrdə qədim Qarabağ xalça kompozisiyaları fonunda toxunulan müasir xalçaların müqayisəli təhlilini aparmaq.
Buraxılış işinin strukturu və həcmi.Buraxılış işi giriş,iki fəsil,yarımfəsillər,nəticə,ədəbiyyat siyahısı və diplom işinə əlavə olunmuş illüstrasiya albomundan ibarətdir.
I FƏSİL. Qədim Azərbaycan xalçalarının çox funksionallığı və Qarabağ xalçalarının ərazilər üzrə bölgüsü
1.1 Azərbaycan xalçaları qədim dövrlər və tarixi mərhələlərdə,Azərbaycan xalçaçılıq məktəbləri
Azərbaycan xalçaları zərifliyin,gözəlliyin,ənənənin,xalqımızın düşüncə tərzinin birbaşa olaraq sübutudur.Səmimi olaraq deyə bilərik ki, uzun illər boyu zəhmətkeş Azərbaycan xalqı xalçalar üzərində dünyaya göz açmış, həyatını yaşamış və bu dünyadan köçmüşlər. Xalça məmulatlarnının hər biri xalqımızın gündəlik həyatının,məişətinin ayrılmaz bir hissəsi olmuşdur. Bu hal əlbəttə ki, təsadüfi bir hal deyildir. Toxuculuq eləcə də xalçaçılıq bir çox xalqların sənət yaradıcılığında əsas yeri tutan bir sahə kimi yüksək qiymətləndirilir.Xalça hər zaman özündə sanki nağıllar aləminə xas olan rəng dünyasnı,zövqü,zəhməti,əl əməyini təcəssüm edir.Xalçaçılığın müxtəlif xalqların yaradıcılığında yer almasına baxmayaraq,müxtəlif xalqlar tərəfindən ərsəyə gətirilən nümunələr bir-birindən peşəkarlığına,özündə daşıdığı dərin mənaya,estetikasına görə fərqlənirlər. Xalçaçılığın inkişafı birbaşa olaraq bir çox amillərin,təbii şəraitin,coğrafi mövqeyin,eləcə də gündəlik həyat tərzinin mövcud vəziyyəti ilə əlaqədardır. Xoşbəxtlikdən Vətənimiz bir çox üstünlüklərə malikdir: bu diyarda nağılları xatırladacaq mənzərələr, ucu- bucağı görünməyən meşəliklər,çöllər,düzənliklər və Xəzərin özünəxas nəfəsi qarşılıqlı olaraq qaynayaraq,qarışaraq, əsrarəngiz və olduqca diqqəti cəlb edəcək müxtəlif bitki və heyvanat aləmi ilə zəngin təbii iqlim palitrası yaradır. Azərbaycan xalqının düşüncəsi,bədii təfəkkürü bu cür unikal və inkişaf etmiş bir mühitdə formalaşaraq Azərbaycan xalqının dekorativ tətbiqi sənət sahələri içərisində yaxşı mənada fərqlənməsi və dünya səviyyəsində tanınması ilə nəticələnmişdir.
Azərbaycan xalçaçılığının tarixi Azərbaycanın tarixi qədər qədim,azərbaycanlıların mənəviyyatı qədər zəngindir. Azərbaycan xalçası Azərbaycan mədəniyyətinin,incəsənətinin ayrılmaz hissəsidir. Аzərbаycаn dünyаnın zənginliyi və qədimliyi ilə seçilən xаlçаçılıq mәrkәzidir.Lаp uzаq kеçmişlәrdәn Аzәrbаycаn xаlçаlаrı tәkcә dekorativ tətbiqi sənət sahələrindən biri olaraq və ya məişət əşyası olaraq qalmamış, еyni zаmаndа şaxəli şəkildə araşdırılaraq öyrənilmişdir.Qədim dövrlərdən bu günümüzə qədər gəlib çatan tarixi mənbələrə diqqət etsək görərik ki,tacirlər,müxtəlif sənətkarlar Azərbaycan xalçasının alışı və satışı üçün müxtəlif ölkələrə,diyarlara səyahət etmişlər,Azərbaycan təşkil olunan xalça bazarlarının daimi alıcsına çevrilmişlər(1.1.1).Eləcə də Azərbaycan xalçaçılarının toxuduğu əsrarəngiz nümunələr tacirlər tərəfindən dünyanın ümxtəlif ölkələrinə satılmış,dünya bazarında əhəmiyyətli rol oynamışdır(1.1.2). Аzәrbаycаn xаlçаlаrı һаqqındа ilk yazılı mәlumаtlаrа еrаmızdаn əvvəl V әsrdә yаşayıb,yaratmış qәdim yunаn аlimi Ksеnоfоntun әsәrlәrindә rаst gәlinir. Sonralar xаlçаlаrımız hаqqındа əsaslı mәlumаtlаrı оrtа әsrlәrdə Azərbaycanda yaşamış әrәb vә İrаn tаrixçilәri, dаһа sоnrа isә Аvrоpа sәyаһәtçilәri vеrirlәr. XIX әsrin sоnlаrındа Аlmаniyаdа, Аvstriyаdа, Frаnsаdа, İngiltərədə və bаşqа ölkәlәrdә Şәrq incәsәnәtinә dair kitаb və əlyazmalarda Аzərbаycаn xаlçаlаrının yüksək bədii tutumu,gözəlliyi,estetikası və toxunma texnikası ilə bağlı ətraflı məlumatlar verilmişdir. Аzərbаycan xаlçа sәnәtinin öyrənilməsi,araşdırılması böyük bir dövrü әһаtә еdir.Müxtəlif dövrlərdə yaşamış və yaratmış dünya tədqiqatçılarının fəaliyyəti,eləcə də Azərbaycan tədqiqatçılarının yüksək zövq və bədii-estetik tutumu ilə seçilən Azərbaycan xalçalarının araşdırılması yoluna istiqamətlənmiş əməyi nəticəsində məhz xalçaçılıq daha dərindən əsaslı faktlarla öyrənilmişdir.
Təsadüfi deyil ki,Azərbaycan xalçası hər zaman dünyanın diqqətini özünə cəlb etməyi bacarmış və Azərbaycandan qənimət kimi aparılan dəyərli əşyalar içərisində başlıca yeri tutmuşdur.
Azərbaycan xalçalarının özünəməxsus forması,fərqli tərzdə icra olunmuş toxunma texnikası, süjeti, ornament, rəng və kompozisiya rəngarəngliyi onların tədqiqinin,araşdırılıb öyrənilməsinin nə qədər vacib bir məsələ olduğunu sübut edir. Xalçaçılıq digər sənət sahələrindən təcrid olunmuş formada yox,birbaşa olaraq onlarla qarşılıqlı əlaqədə və vəhdətdə mövcuddur.O,Azərbaycan xalqının ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənətinin digər növləri ilə əsaslı əlaqələrlə bağlıdır.
Azərbaycan xalçalarına dair əsaslı arxeoloji mənbələrə və faktlara diqqət etsək görərik ki,mənbələr özünəməxsus geniş əhatəli olması ilə seçilir.Buraya hələ qədim dövrdən xüsusilə eneolit dövründən başlayaraq arxeoloji abidələr,qədim və orta əsrlərdə yaşayıb yaratmış müəllif və səyyahların məlumatları, həm epiqrafik abidələr, xalq folkloru və klassik ədəbiyyat nümunələri, miniatürlər, Avropa rəssamlarının əsərləri,tarixi sənədlər, məmurların hesabatları, Avropa, Rusiya, Amerika və ən əsası, Azərbaycan alimlərinin elmi-tədqiqat işləri aid edilir.Amerika sənətçisi Con Leonun təsvir etdiyi “Çərkəzli xanım örtükdə”adlı əsərdə biz “Ağstafa”namazlıq xalçasını görə bilərik. (1.1.3).İngilis oryantalist rəssam olan Çarles Robertsonun da yaradıcılığında,Qarabağın”Əjdahalı”xalçasının yer aldığı”Xalça satıcısı”əsəri Azərbaycan xalçalarına olan diqqət və marağı bir daha sübut edir.(1.1.4).Fransız rəssamı Henri Fantinin yaradıcılığında da Şirvan qrupuna aid namazlıq təsvir olunmuşdur(1.1.5). Azərbaycan xalçası eyni zamanda İtaliya sənətçiləri tərəfindən də xüsusi bir sevgiyə,diqqətə layiq görülmüşdür ki,bunu Culya Rosaltinin yaradıcılığındakı əsərlər sübut edir.Burada xalça satıcısı xanıma xalçanı nümayiş etdirir.Bu xalça nümunəsi də Qazax məktəbinə məxsus “Qaraqoyunlu”xalçasından başqası deyildir(1.1.6).
Bütün bunlar bir daha Azərbaycan xalçasının şöhrətini vurğulayır.Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki,qeydə alınan primitiv formada olan toxuculuq dəzgahları,toxuculuq alətləri və xalça dəzgahlarının yaşı min illiklərlə ölçülür və eneolit dövrünə aid edilir.Xalçalarda gözəlliyin,estetik görüntünün əsasını təşkil edən rəng qammalarının əldə edilməsi yolları haqqında Herodotun əlyazmalarındakı məlumatlar dolğun fikir söyləməyə əsas verir.Heredot qədim dövrlərdən etibarən boyaq maddələrinin əldə edilməsindən əlavə olaraq parça boyama adətinin köklərinin də qədim dövrlərə dayandığını xüsusi olaraq qeyd edir.Tədqiqatçılar xalçalar və xalça məmulatlarının bizim eradan əvvəl-Tunc dövründən və II minillikdən etibarən mövcud olduğunu qeyd edir. Belə ki, Maku şəhərində hələ eramızdan əvvələ aid edilən və bitki ornamentli,dekorativliyi ilə seçilən xalça-çulla örtülmüş gil at heykəlciyi tapılmışdır. Yunan tarixçisi Ksenofont eramızdan əvvəl V əsrlərə aid əlyazmlarında bildirir ki,midiyalılar xalçalardan istifadə etməyə xüsusi diqqət edirdilər.Və onlardan xalçalardan istifadə edilməsi qaydalarını və xalçaçılıq ənənələrini farslar öyrənib,mənimsəmişlər.VII əsrin Alban tarixçisi Moisey Kalankatuyski Albaniyada xalça istehsalının geniş vüsət aldığını və zadəganların məişətində xalçalara xüsusi olaraq yer ayırdıqlarını qeyd edir.Tarixçi Sebos isə Bizans hökmdarı Herakliusun 628-ci ildə Naxçıvandan qənimət kimi əldə etdiyi dəyərli əşyalardan danışarkən qızıl və gümüş saplarla naxış vurulmuş xalçaların qənimətlər içərisində əsas yer tutaraq yüksək qiymətləndirildiyini qeyd edir.Orta əsrlər Şərq müəlliflərinin əlyazmalarında,qeydlərində və kitablarında da Azərbaycan xalçaçılığı haqqında zəngin məlumatlar öz əksini tapmışdır. VII əsrdə yaşayıb yaratmış Çin səyyahı Syuan Tszyan Azərbaycanı Dünya xalçaçılıq istehsalının iri mərkəzi və əsas mənbəyi adlandırmışdır. Bunu arxeoloji məlumatlar da birbaşa olaraq sübut edir. VII əsrdə Azərbaycanın müxtəlif rayonlarında qədim yaşayış məskənlərində araşdırmalar və tədqiqatlar edilərək qədim dövrlərə aid müxtəlif xalça məmulatlarının qalıqları və müxtəlif dəzgahlar aşkarlanmışdır. Şahənşah I Xosrova (531-579 cu illər) məxsus “Xosrovun baharı” adlı xalça demək olar ki, bütün tədqiqatçıların yazılarında,bütün xalçaçıların yaradıcılığında yer almış və hər kəs tərəfindən fərqli formada şərh edilmişdir. Sonrakı əsrlərdə həmin mövzu inkişaf etdirilərək “Dörd fəsil” adı ilə bir çox xalçaçının ilham mənbəyi olmuşdur. Bu sujetə əsasən Təbriz xalçaçılıq məktəbinə xas nümunələrdə rast gəlmək mümkündür(1.1.7).
Orta əsr mənbələrinə diqqət etsək görərik ki,tədqiqatçıları və tarixçiləri daha çox Azərbaycan xalçasının gözəlliyi və estetik tutumundan əlavə,toxunma texnikası və tipləri də olduqca maraqlandırmışdır. X əsrə aid “Hüdud-əl-aləm” adlı anonim əlyazma mənbəsində qeyd edikir ki, Azərbaycanın Mərənd, Gəncə, Şəmkir şəhərlərində yüksək keyfiyyəti ilə digərlərindən seçilən yun məmulatlarınının ixracı,istehsalı ilə məşğul olmuşlar.Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça məumatları isə öz yüksək toxunma texnikası və gözəlliyi,harmoniyası ilə böyük şöhrət qazanmışdır. IX-X əsrdə yaşayıb yaratmış ərəb tarixçisi Təbəri də yüksək keyfiyyətli Azərbaycan xalçalarına olan sevgisini dilə gətirərək onlar haqqında olduqca dolğun məlumatları öz kitablarında əks etdirmişdir. Ərəb səyyahı Əl-Məsudi Təbrizin,Ərdəbilin xalçaçılıq mərkəzləri kimi məşhurlaşdığını qeyd edərək burada”Məxfur”adlı xalçaların toxunduğunu söyləyir.X əsr ərəb müəllifi Əl-Müqəddəsi gözəl Qarabağ xalçalarını mədh edərək onları Yer üzünün ən gözəl xalçaları adlandıraraq yüksək qiymətləndirir.O,eyni zamanda, xüsusən misli-bərabəri olmayan xalça kimi adlandırdığı Bərdə xalçaları haqqında da dolğun məlumat vermişdir. Ərəb müəllifi Əl-İstəhri Azərbaycandan dünyanın bir çox ölkəsinə ixrac edilən boyaq maddəsi haqqında araşdırmalarını və müxtəlif məlumatlara diqqət edir. Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi barədə Əl-Müqəddəsi, Gövhəl kimi digər müəlliflər isə al-qırmızı boyaların əldə edilməsi barədə araşdırmalara öz fəaliyyətlərində yer vermişlər.Qırmızı boyanın əldə edilməsində xüsusi”qırmız”adlanan qurdlar haqqında olan fikirlər də olduqca maraqlıdır.Xalça məmulatlarında əks olunmuş müxtəlif ornamentlərə,fiqurlara epiqrafik abidələrdə də rast gəlinir.Eyni zamanda qədim dövrlərə aid qəbrüstü abidələrdə də məhz bu cür naxışlara tez-tez rast gəlinir.Bu cür qəbüstü abidələrin bəzilərində xalçaçılıqda istifadə olunan müxtəlif toxuculuq dəzgahlarının, alətlərinin təsvirinə də rast gəlmək mümkündür.Laçın rayonunda, Sisyan rayonunun Urud kəndində və Abşeron rayonunda məhz bu cür nümunələrə təsadüf edilir.
Xalça hər zaman özündə həyati və estetik dəyərləri birləşdirməyi bacarmışdır.O, daim cəmiyyətin,gündəlik həyat tərzinin ayrılmaz bir parçası olaraq,özündə bir çox amilləri,sosial, iqtisadi, siyasi və insan cəmiyyətinin inkişaf tərzini,estetik duyumunu əks etdirmişdir. O, folklorda, Azərbaycan ədəbiyyatında və aşıqların sazında-sözündə,nəğmələrində mədhiyyələrlə öz varlığını dəfələrlə təsdiq etmişdir. Bundan əlavə olaraq isə, xalça təkcə məişətdə istifadə olunan çox funksiyalı bir əşya olaraq qalmamış, eyni zamanda xalqın sanki öz hiss və duyğularını,fikirlərini ifadə edəcək bir zəmin roluna çevrilərək bu günümüzə qədər sevgi,düşüncə,maddi və mənəvi dəyərlərin qovşağı olaraq gəlib çatmışdır. Daim inkişaf edən və daim yenilənən dünyada,cəmiyyətdə həyat tərzi nə qədər dəyişilsə də xalça heç zaman öz maddi və mənəvi dəyərini itirmədən qoruyub saxlamışdır. Ənənəvi xalçalarımız hər elementi Azərbaycan məişətinin,həyatının əsas cəhətlərini,xüsusiyyətlərini özündə əks etdirir.Cəmiyyətdə malik olduğu mövqeydən aslı olmayaraq hər bir şəxsin-istər kiçik daxmalarda,istərsə də əyan saraylarında,kənd evlərində,bu günümzdə müxtəlif evlərdə də daim xalçalar gözəllik,harmoniya,uğur istilik ifadəçisi olaraq qiymətləndirilmişdir.
Xalça bu günkü dövrdə də öz aktuallığını qoruyur, onun üslubları formalaşaraq göz oxşamağa dəvam edir.Azərbaycan həyatını,azərbaycanlıların yaşam tərzini müxtəlif növ xalça və xalça məmulatları olmadan təsəvvür etmək bir qədər çətindi. Qədim zamanlardan etibarən Azərbaycanın həm maldar əhalisi, həm də əkinçi əhalisi gündəlik məişətdə xalçadan müxtəlif məqsədlərlə istifadə etmişdir.Azərbaycanlılar xalça ilə yaşadığı məkanı bəzəyir, divarlardan asaraq estetik görüntünün daha da cəlbedici görünməsini təmin edir və ya istilik yaratması məqsədilə döşəməyə sərir.Azərbaycanlılar xalça məmulatlarından isdidən və ya soyuqdan qorunmaq üçün özlərinə müxtəlif geyimlər tikmiş və öz heyvanlarını da soyuqdan qorumaq məqsədilə istifadə etmişlərMəfrəşlər, duz qabılar,alınlıqlar,yəhər üstülər,qaşıdanlar,duz torbaları,qaşlıqlar və s.kimi məişətdə istifadə olunan xalça məmulatları dediklərimizə bariz misaldır.Eyni zamanda gözəllik vurğunu olmuş azərbaycanlılar nağıl səhnələrini xatırladacaq, rəngarəng xalçaları izləyərək bütün yorğunluqlarından xilas olmuşlar.Gündəlik həyatın ayrılmaz parçası olan xalça və xalça məmulatlarından eyni zamanda azərbaycanlılar toylarda,bayramlarda xüsusilə də,Milli bayramımız olan Novruz bayramlarında,ibadətlər zamanı namazlıqlar kimi də istifadə etmişlər.
Hər zaman xalçaçılıqla məşğul olmuş şəxslər cəmiyyət tərəfindən xüsusi hörmət və sevgiylə qarşılanmışdır. Toxucunun barmaqları vasitəsilə toxuduğu nümunədə,onun əməyinin məhsulu olan xalçada boyaqçının bacarığı, rəssamın dünyası,şəxsi istedadı birləşir. Xalçanın hazırlanma prosesi qədim zamanlarda təbriklərlə,xüsusi təntənə ilə və bayram şirniyyatları ilə qeyd olunmuşdur. Xalçanın hanadan kəsilmə prosesinin baş tutduğu gün isə uğurlu,xeyir-bərəkəti özündə cəm edən xoşbəxt birgün hesab edilirdi.Həmin gün arzu tutular və müxtəlif niyyətlər edilərdi. Xalçalarımızın təkcə özü ilmlərində tariximizi,həyatımızı,azərbaycanlıların zəngin və dolğun dünyagörüşünü həkk edən canlı tarixi portreti kimi qiymətləndirilir. İncəsənətin bir çox sahələrinin xüsusiyyətlərini özündə birləşdirməyi bacaran xalçalar təkcə Şərq və Qərbdə yüksək qiymətləndirilir,o,eyni zamanda Avropa incəsənətində xüsusi yer tutmuşdur. Bu – mədəni dialoqun,xalça sənətinin tolerantlığının canlı nümunəsidir. Bu dəyərli sənət xəzinəsini qorumaq,mənəviyyatımızı və incəsənətimizi,tariximizi qorumaqla,mühafizə etməklə bərabər qiymətləndirilməlidir.Məhz bu ənənələrin mühafizə edilərək gələcək nəsillərə ötürülməsi də bizim bir vətəndaşlıq borcumuz kimi adlandırıla bilər.
Azərbaycanda xalçaçılıq ənənələrinin inkişafı nəticəsində müxtəlif şəhərlər tədricən xalçaçılıq üzrə professionallaşmış və özünəməxsus texnikaları ilə seçilən mərkəzlər yaranmağa başlamışdır.Xalçaçılıq mərkəzlərindən danışarkən bu yerdə Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi şəhərlərin xalçaçılıq üzrə istiqamətlənmiş uğurlu fəaliyyətini qeyd etməliyik.Həmin mərkəzlərin hər birində xalçaçılığa xüsusi diqqət yetirilir, xalça məmulatları özünəməxsus kompozisiya quruluşlarına,ornament və motivlərin ifadə etdiyi mənalara və kolorit xüsusiyyətləri görə bir-birindən seçilir. Bu məktəblərə məxsus xalçaların hər bir dünyanın müxtəlif muzeylərində,həmçinin Azərbaycan muzeylərində qorunularaq saxlanılır.
1.2. Ənənəvi Qarabağ xalçalarının keçdiyi inkişaf yolu və Şuşa Qarabağ xalçaçılığının əsas mərkəzi kimi
Qarabağ Azərbaycanın ən qədim və tarixi bölgələrindən biridir. Kiçik Qafqaz dağları ilə Kür vəAraz çayları arasındakı ərazini əhatə edir. Bəzi mənbələrdəki məlumatlara əsasən,deyə bilərik ki, “Qarabağ”bir anlayış kimi XII əsrdən daha öncəki illərdən etibarən işlənmişdir. Lakin XII əsrdən etibarən isə daha geniş şəkildə istifadə olunmağa başlamışdır. “Qarabağ” “qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlib .“Qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı,eyni zamanda “böyük”, “qalın”, “sıx” mənasında da işlənir. Tədqiqatçıların fikirlərinə əsasən,deyə bilərik ki, “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ”,”bərəkətli bağ” mənasında işlədildiyini məlumdur. Bəzi mənbələrdə isə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. Etimolji cəhətdən aparılan araşdırmalar bir daha göstərir ki, “Arsax” sözü Qarabağın qədim türkdilli xalqlarından biri olan sakların adı ilə birbaşa bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsindən yaranaraq “Sak əri”kimi də başa düşülür.(22) Qarabağ təkcə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən tarixi bir diyar və qədim mədəniyyət ocağı deyil, eyni zamanda o dünyada ən qədim tarixə malik bir diyar kimi xüsusi əhəmiyyətə malikdir. Azıx mağarasında aşkarlanan müxtəlif əşyalar,dünyanın dördüncü,Qafqazın isə ilk ən qədim tapıntılarından biri hesab olunan alt çənə sümüyü və digər qalıqlar bu bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi ilk məkanlardan biri olduğunu söyləməyə əsas verir.
Azərbaycanın ən qədim tarixə və dəyərə sahib şəhərlərindən biri də gözəlliyi ilə dünyanı özünə cəlb etməyi bacaran Şuşa şəhəridir. Şuşa hələ qədim zamanlardan etibarən mədəniyyət mərkəzi kimi şöhrət qazanmağı bacarmış və bənzərsiz xalçaları ilə göz oxşamışdır. Xalqın milli adətlərindən,zəngin mənəviyyatından bəhrələnən xalça sənəti bu bölgədə xüsusi bir inkişaf mərhələsi keçmişdir. Şuşa xanlıqlar dövründə də xüsusi mədəniyyəti və inkişafı ilə seçilən bir mərkəz rolunu oynamışdır.Bu zamanda da Şuşada və onun kəndlərində müxtəlif klassik formada icra edilən çeşnili xalçalar toxunmaqda idi.XIX əsrdən etibarən buradakı toxunan xalçalarda ənənəvi naxışlardan əlavə olaraq Rusiyadan,Avropadan gətirilən çinilər,məişət əşyaları üzərindəki naxışlar da xalçalarda öz əksini tapmışdır.Burada “Bağçada güllər”, “Saxsıda güllər”, “Bulud” kompozisiyaları üstünlük təşkil edirdi.1840-1850-ci illərdə dəqiq olaraq aparılan qeydiyyatlara,əsasən, söyləyə bilərik ki,Şuşa şəhərində sənətkarların sayı sürətlə artırdı və bu sənətkarların xeyli hissəsini məhz xalçaçılar təşkil etməkdə idi.Şuşa əhalisinin məhz xalçaçılıq sənəti üzrə öz bacarıqlarını təkmilləşdirməsinə və xalçaçılıq mərkəzinə çevrilməsində əsas və başlıca səbəb əlverişli coğrafi şərait, toxuculuq üçün lazım olan hər bir xammal ehtiyatının bolluğu və məişətdə xalça və xalça məmulatlarının geniş tətbiq edilməsi ilə bağlı olmuşdur.Həm ölkə daxili,həm də ölkə xaricində Qarabağ xalçalarına,xüsusilə də Şuşa inciləri hesab olunan xalça məmulatlarına olan tələbat və diqqət,maraq onun çox şaxəli formada inkişafı ilə nəticələnmişdi. Şuşa İran, Türkiyə, Ərəbistan, Hindistan, Rusiya ilə karvan ticarət yollarının kəsişdiyi bir məkanda yerləşdiyi və Qarabağın eləcə də Cənubi Qafqazın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün burada inkişaf sürətlə gedir və bu da birbaşa olaraq xalçaçılığın da təkmilləşərək irəliləməsinə səbəb olurdu.XIX əsrdə artıq xalçaçı kimi məşhurlaşan yüksək bacarığı ilə seçilən sənətkarlar yaşayırdılar.Burada hətta Xorasan xalçaları ilə müqayisədə bir çox xüsusiyyətlərinə görə üstün olan xalçalar toxunulmaqda idi. Azərbaycan xalçaçılığının Qarabağ qrupuna aid olan xalçalar arasında isə özünəməxsus quruluşu, bədii tərtibatı və texnoloji xüsusiyyətləri diqqəti cəlb edən Şuşa xalçaları XIX əsrin sonlarından etibarən daha böyük uğurlar qazanmağa başlamışdır.
Xalça sənətinin inkişafı ilə məşğul olan tədqiqatçılar Qarabağ xalçalarına aid olan xalça nümunələrini üç qrupa bölürlər:
1) Aran qrupu.Bu qrupa aid edilən xalçalar,əsasən,Bərdə və Ağcabədi rayonlarında toxunulan nümunələrdir.Burada “Bərdə”,”Xan-Qərvənd”,”Açma-yumma”,”Aran”,”Qoca”,”Buynuz”,”Dəryanur”,”Balıq”,”Şabalıd buta”adlarında müxtəlif xalçalar,şəddələr,vərnilər və zililər toxunulurdu.Naxçıvan xalçaları da bir çox xüsusiyyətlərinə görə Qarabağ xalçalarına yaxın hesab edildiyi üçün bu qrupa aid edilir.
Ağcabədi ərazisində toxunulan müxtəlif xovlu xalça nümunələri,o cümlədən,”Ləmbəran”,”Qarabağ”,”Xantirmə”və müxtəlif xovsuz xalça nümunələri də aid edilir.
2)Şuşa qrupu.Bu qrupda isə “Malıbəyli”,”Ləmpə”,”Bağçada güllər”,”Saxsıda güllər”,”Nəlbəkigül”və “Bulud”adlı nümunələrə rast gəlinir.Bu yerdə xüsusilə də “Ləmpə”adlı xalça nümunəsini Qarabağın hər bölgəsində toxunulmuşdur.
3)Cəbrayıl qrupu.Buraya isə“Xanlıq”,”Qaraqoyunlu”,”Qubadlı”,”Kürd”,”Qasımuşağı”,”Bəhmənli”,Muğan”,”Talış”xalçaları aid edilir.
Qarabağın XIX əsr xalça sənətinin inkişaf etməsində dağlıq zonada Şuşa ilə paralel olaraq Daşbulaq,Dovşanlı,Çanaqçı,Tuğ,Tağlar ərazilərinin və digər kəndlərin xüsusi rolu olmuşdur.
Azərbaycanın digər bölgələrində xalçaların toxunma texnikasına görə bölünməsi Qarabağ xalçarına da aid edilir.Burada xalçalar xovlu və xovsuz olmaqla iki hissəyə bölünürdü. Birinci qrupa xovsuz texnika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçaları aid edilir. Xovsuz xalçalar qrupuna daxil olan xalça və xalça məmulatlarının toxunuşu əlqacların əriş iplərinə “sadə keçirtmə”, mürəkkəb keçirtmə və “sadə dolama” üsulu ilə əmələ gəlir. İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Xovlu xalçaların toxunuşu “düyünləmə” üsulu, yəni “dolama ilmə” və yaxud “qullabı ilmə” ilə əmələ gəlir.(2)
Sənət tarixçiləri xovlu və xovsuz Qarabağ xalçaların keçdiyi inkişaf mərhələsini əsas olaraq dörd ardıcıl dövrə bölürlər.Birinci dövrə,adətən, xalça sənətinin ilkin mərhələsi yəni ibtidai dövrü aiddir. Bu mərhələyə sadə və çoxfunksiyalı olması ilə seçilən palaz və cecimlər aid edilir(1.2.6). Bu dövrdə toxunan xalça məmulatına diqqət etsək görərik ki,onlar əsas etibarilə bəzək elementləri olmadan,daha çox sadə və birrəngli formada toxunulurdu.Sonrakı dövrdə toxunulan xalçalarda isə, toxucular artıq özlərini təkmilləşdirərək heyvan yunlarının təbii rənglərindən istifadə edərək yeni modellər yaratmış və zolaqlı palazlar toxumağa başlamışlar. Xalça sənətində ibtidai dövrdə daha çox müraciət edilən və keçirtmə üsulu ilə toxunan palaz zolaqlarının bədii xüsusiyyətlərinə görə 3 qrupa ayırırlar:1) sadə zolaqlar;2) sulu zolaqlar;3) naxışlı zolaqlar.Bu bədii xüsusiyyətlərə görə bölgünü cecimlərə də aid edə bilərik. Ümumiyyətlə, “palazlar” bədii xüsusiyyət və materiallarına görə,əsasən,köçmə həyat tərzi sürən əhali arasında,eyni zamanda Muğan ərazisində, cecim isə daha çox Ağcabədi və Cəbrayılda əhali arasında geniş yayılmışdır. Adətən palazların toxunulması üçün dik hanalara, cecimlər üçün isə yer hanalarına ehtiyyac duyulur.
İkinci dövr isə xalça sənətinin, texniki cəhətdən inkişafı ilə xarekterizə olunur.Bu dövrdə artıq yeni üsullarla toxunulmuş nümunələrə də rast gəlinir.Sadə dolama texnikası ilə toxunan”klim”məhz buna misaldır(1.2.7).Məhz bu texnikanın yaranması ilə artıq xalçalar üzərində primitiv formada icra olunmuş naxışlara və digər motivlərə rast gəlinir. Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Qarabağda da palaz və kilimlər çoxfunksiyalı olması ilə diqqəti cəlb edirdi.Palaz və kilimlərdən açıqlarda, toyxanalarda,müxtəlif məclislərdə istər daxili məkanın isidiliməsi,bəzədilməsi üçün, istərsə də xarici örtüklər kimi geniş istifadə olunurdu. Kilimlərə daha çox Bərdə və Cəbrayıl xalçaçılarının müraciət etdiyini deyə bilərik.
Üçüncü dövr vərni, şəddə, zili, sumax, ladı toxuma üsulllarının meydana gəlməsi və inkişaf etdiyi dövr kimi qiymətləndirilir. Mürəkkəb dolama texnikasının yarandığı və inkişaf etdiyi bu dövrdə xalça bəzəklərinin mürəkkəb kompozisiya daxilində yerləşməsi üçün də münbit şərait yaranmışdı.Xalça sənətinin üçüncü dövrünün məhsulu hesab edilən və mürəkəb dolama üsulu ilə toxunulduğu üçün diqqəti cəlb edən şəddə və vərni xalçaları,əsasən,maldarlıqla məşğul olan əhali arasında geniş yayılmışdı.Məhz buna görə bu cür xalçaçılıq məmulatları üzərindəki təsvirlərə diqqət etsək əksəriyyətinin naxış elementi olaraq stilləşmiş heyvan təsvirləri ilə bəzədildiyini görmək olar.Şəddə və vərninin istehsalının başlıca mərkəzinin Bərdə və Naxçıvan olduğu düşünülür. Qarabağ bölgəsində digər xalça nümunələri ilə müqayisədə ipəkdən toxunmuş vərnilərə daha az təsadüf edildiyii söyləmək olar.Bu dövrdə mürəkkəb toxunma üsulu ilə diqqəti cəlb edən zili bədii xüsusiyyətlərinin təkmilləşməsinə görə vərniyə nisbətən daha yaxşı inkişaf mərhələsində idi. Qarabağın zili bəzəklərində artıq şərti formada icra edilmiş heyvan təsvirlərindən əlavə olaraq həndəsi elementlərə də rast gəlmək mümkün idi.Zililərin əsas toxunma mərkəzi kimi Bərdənin adını xüsusi qeyd edilməlidir.Zililər eyni zamanda Ağdamda, Yevlaxda, Füzulidə, Ağcabədidə, Laçında, Beyləqanda və Kəlbəcərdə də əhali arasında geniş yayılmışdır. Adı çəkilən bölgələrdə zilidən əlavə sumax texnikası ilə xalça məmulatlarının toxunulmasına da müraciət edilirdi. Xovsuz xalçalar və eləcə də digər xalça məmulatları özlərinə məxsus ornamentlər və motivlərə görə bir-birindən fərqlənirdi.Qədim zamanlardan bu günə qədər Qarabağ xalçalarının inkişaf mərhələlərinə diqqət etsək görərik ki,Qarabağ bölgəsində yaşayan əhali üçün xovsuz xalçalar hər zaman məişət və gündəlik həyatın ayrılmaz bir hissəsi olaraq qalmışdır. Qədim xalça ustaları məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü və sair məişət əşyalarının əhali arasında bir çox məqsədlərlə və gündəlik olaraq istifadə ediliyini nəzərə alaraq əsas olaraq həmin nümunələrin yumşaq materialda olmasına diqqət edir və xovsuz xalçalarda müraciət edilən toxunma texnikasına məhz burada da müraciət edirdilər(1.2.8).
Xalça toxuma sənətinin dördüncü dövründə yeni toxunma texnikaları meydana gəlir.Bu dövrdə düyünləmə, dolama ilmə, qüllabı ilmə texnikasına rast gəlinir. Bu dövrü xalça sənətinin xüsusi inkişafı ilə bağlı olaraq Qarabağ xalçalarının timsalında Azərbaycan xalçaçılığıın intibah dövrü kimi də xarekterizə etmək olar. Bu dövrdə tətbiqi eramızdan əvvələ dayanan düyün,dolama texnikası vasitəsilə daha mürəkkəb kompozisiyalar yaradılmışdır.Bu texnikanın inkişafı ilə əlaqədar yeni istehsal alətlərinin yaranması da zəruri bir hal almışdı. (dəmir qayçı, bıçaq) İstər xovlu və istərsə də xovsuz xalça nümunələrinin toxunmasında müxtəlif istehsal alətlərindən (həvə və kirkidən) istifadə edilirdi(1.2.9).
II FƏSİL. Qədim Qarabağ xalça kompozisiyalarının müasir dövrdə yeniliklə sintezi
2.1.Ənənəvi Qarabağ xalçalarının bədii tərtibatı və Qarabağ xalça motivlərinin bu günümüzdə əksi
Qarabağda toxunulan xovlu və xovsuz xalça nümunələrinin ölçüsü digər ərazilərdə toxunulan xalça nümunələri ilə müqayisədə daha böyük formada olması ilə seçilir. Burada ölçüsü 25 və 30 kv.metr olan xalça nümunələrinə rast gəlmək olar. Qarabağın xalı-xalçalarının ilmə sıxlığı 30x30-dan 40x40-a qədər olur.Bu bölgənin xalçalarında bir kvadrat metrədə 90.000-dən 160.000-nə qədər ilmə yerləşir.Bəzən bir kvadrat metrə 200.000 ilməsi olan xalçalara da təsadüf edilir(2).Bu nümunələr qullabı ilmə toxunuşlu olması ilə seçilir.Qarabağ qrupuna daxil olan xalçaların daha bir xarekteristik xüsusiyyəti isə ilmə hündürlüyünün, daha aydın desək qalınlığının 6mm.-dən 10mm.-ə qədər olmasıdır.Burada toxunan xalçalar əksər hallarda uzunsov formada icrası ilə seçilir.Qarabağ xalçalarının sıxlığı az və yaxuda da orta sıxlıqda olur.Buna baxmayaraq onlar uzun ömürlü və çox dəvamlı olaraq uzun illər istifadəyə yararlıdır.Qarabağ xalçaları zəgin kompozisiyası,ilmə-ilmə toxunulan sehirli görkəmi ilə insanı heyran edir.Xalça kompozisiyası əsaslı sürətdə iki hissəyə bölünür:
1)ara sahə;
2)haşiyə qurşağı.
Ara sahə və haşiyə ornamentlərinin bir-birilə əlaqəsi kəsilməzdir.Onlar daim əlaqəli formada bir bütövü təşkil edir.Qarabağ xalçalarının ara sahəsində,əsasən,bəzəklərlə əhatələnmiş mürəkkəb kompozisiya daxilində yer alan zərif elementlər göz oxşayır.Bəzəklər içərisində bitki elementləri,məişət əşyalarının təsvirləri,canlıların təsvirləri(insan təsvirləri,heyvan təsvirləri),müxtəlif formalı elementlər(pillələr,kvadrat və düzbucaqlılar,çoxbucaqlılar,qarmaqlılar,dilikli-itibucaqlılar,sancaqlılar və ya tikanlılar,dəyirmilər,səkkizguşəli ulduzlar,qeyri-müəyyən formalılar)üstünlük təşkil edir.Qarabağ xalçalarına diqqət etsək görərik ki,zərif şəkildə toxunulmuş bitki elemenetləri özünəməxsus formasına görə iki növə bölünür:1)həndəsiləşdirilmiş elementlər;2)əyri xətli elementlər.Həndəsiləşdirilmiş elementlərdən daha çox xalça kompozisiyasında doldurucu elementlər kimi istifadə edilir.Eyni zamanda həndəsiləşdirilmiş elementlər köməkçi və ya bağlayıcı rolunu oynayırlar. Bu elementlər digər xalçaçılıq mərkəzləri ilə müqayisədə Qarabağ qrupuna aid olan xalça kompozisiyalarında daha çox istifadə edilir. Əyrixətlilər həndəsiləşmiş bitki elementlərin ilə müqayisədə bir qədər daha çox stilləşmiş formada olması ilə seçilir.XV-XVI əsrlərə aid Təbriz xalça məktəbinin nümunələrində də məhz bu naxış elementlərinə rast gəlinir.Bu elementlət təkcə Qarabağ və Təbriz xalça nümunələrində istifadə edilməklə kifayətlənməmiş eyni zamanda Yaxın Şərq və Kiçik Asiya xalça məktəbinə də qüvvətli təsir göstərmişdir.Qarabağ xalçalarında eyni zamanda kənd əhalisinin həyatında mühüm rol oynayan ev heyvanlarının təsvirlərinə də rast gəlinir.Ev heyvanları ilə paralel olaraq müxtəlif quşlar,həşəratlar da Qarabağ xalça elementləri içərisində özünəməxsus yer tutur.
Qarabağ xalçalarında kompozisiyada əsas yer tutan və fikrin,düşüncənin ifadə edilməsində əvəzsiz rol oynayan elementlər beş qrupa bölünür:
1)Butalar,
2)Kətəbələr,
3)Anagüllər,
4)Göl və ya kiçik xonçalar,
5)Qubbalar.
1)Butalar.Bu element,nəinki,Azərbaycan xalqının dekorativ-tətbiqi sənət sahələrindən biri olan xalçaçılıqda,eyni zamanda demək olar ki,Azərbaycan incəsənətinin bütün sahələrində çox geniş istifadə olunaraq bir növ milli xüsusiyyətləri özündə cəmləşdirən simvol kimi çıxış edir.Butalar Qarabağın həm xovlu,həm də xovsuz xalçalarında ən çox müraciət edilən motiv kimi qiymətləndirilir.Azərbaycanın müxtəlif bölgələrində toxunulan xalça nümunələrinin kompozisiyalarda dərin kökləri ilə seçilən buta elementlərindən Qarabağ xalçalarında müxtəlif tərzdə işlədilir.Xüsusilə Qarabağ xalçalarında butaların unikal işləndiyi nümunələr məhz”Şabalıd buta”kompozisiyalarıdır(2.2.1).
2)Kətəbələr.Xalça kompozisiyasında yer alan kətəbə əsas olaraq doldurucu funksiyanı icra edir.Kətəbələr bəzən uzunsov formada da toxunula bilər.Bu zaman,adətən,toxucular kətəbə daxilində müxtəlif yazılar,mürəkkəb kompozisiyalar və zəngin motivləri ilə seçilən ornamentlər yerləşdirir.
3)Anagüllər.Bu elementlər xalçalarda yer alaraq onların adlarını müəyən edir və estetik görkəmi ilə digərlərindən seçilməsinə səbəb olur.Buna görə də Qarabağ xalçalarında anagüllərin əhəmiyyətli yeri vardır.Qarabağ qrupuna aid “Qoca”adlı xalça nümunəsində”ana güllər”dəfələrlə təkrar olunaraq zərif bir ritm yaratmağı bacarır(2.2.2).
4)Göl və ya kiçik xonçalar.Qarabağın xalçalarında tez-tez rast gəlinən”göl
“,xonça”,”padnos”istilahları medalyon mənasını daşıyır.Azərbaycanın bütün bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif olduğu kimi Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.(1)
5)Qubbalar.Qubbalar elementlər qrupunda əsas yerlərdən birini tutur.Xalça kompozisiyasında yeri böyük göllərin baş hissəsində yəni qurtaracağındakı yerdir.Toxucuların dili ilə desək bu elementi “heykəlbaşı”və ya “başlıq”da adlandıra bilərik. Haşiyə bəzəy iki növə bölünür:
1)Haşiyənin qarışlarında yerləşən elementlər;
2)Haşiyənin qurşağında yer alan elementlər.
Haşiyə qarışlarını təşkil edən elementlər mühüm əhəmiyyət kəsb edərək kompozisiyanın əsasını təşkil edir.Onlar bağlayıcı və ya qarışortası vəzifəsini daşıyır.Haşiyə qurşağını təşkil edən elementləri müxtəlif formada qruplaşdıralaraq onlara “mədaxillər”,”zəncirələr”,”bala haşiyələr”,”ara haşiyələr”deyilir. Qarabağ xalçalarının rəng palitrası sanki nağılları xatılradacaq zəngin rənglərdən ibarətdir.Rənglər digər xalçalarda istifadə olunan rənglərdən daha şux və canlı,parlaq olması ilə seçilir. Bu rənglərin məhz bu cür tonlarda və şuxluqda olması birbaşa olaraq Qarabağın təbiəti, əsrarəngiz mənzərələri,bağları,meşələri və yaşıl çəmənlikləri bağlı idi. Qədim tarixi,dolğun naxışların,elementlərinə və ahəngdar rəng quruluşu ilə seçilən Qarabağ xalçaları qədim dövrlərdən etibarən dünyanın diqqətini özünə cəlb etməyi bacarmış və tədqiqatçılar,sənətşünaslar tərəfindən ətraflı formada öyrənilərək araşdırılmışdır.Qarabağ xalçaları və xalça kompozisiyası əasında toxunan müxtəlif nümunələr bu gün dünyanın bir çox tanınmış muzeylərində,eləcə də kolleksiyalarda yer alaraq dünyanın nadir xalça inciləri kimi nümayiş edilir.
Qarabağ xalçalarının bir çoxunda tez-tez maral təsvirlərinə rast gəlinir ki,bu da özündə çox böyük bir mənanı,totemi və inancı cəmləyirdi.Türkdilli xalqlarda maral yüksəlmək,irəlləmək və böyük güc mənasında işlədilirdi. Eyni zamanda maralın ağaca bənzəyən buynuzları ilə əlaqədar olaraq bu simvol özündə gənclik,gələcəyə olan inam hislərini də cəmləyirdi.
Oğuz qəbilələrin diqqəti çəkən simvollarından biri də xalçalarda təsvir olunan at fiqurları idi.Qarabağın əzəmətinin,gücünün və əsrarəngiz təbiətinin simvolu kimi Qarabağ atları xalçalarda da öz gücünü ilmələrlə bir daha görsədirdi.
Qarabağ xalçalarında rast gəlinən əsas simvollardan biri də pələng obrazları idi.Pələng bir növ insanın duyğularını,hissini ötürən və əks etdirən nümunə kimi ən çox müraciət edilən nümunələrdən biri idi.Pələng təviri Altay dini düşüncəsində yer alan xüsusi bir totemlərdən biri hesab edilirdir.
Qarabağ xalçalarında qartal(tərlan)nümunələrinə rast gəlmək mümkündür.Qartal ucalıq,işıq mənbəyi kimi əsas simvollardan biri olaraq yüksək qiymətləndirilir.Qartal odların və şimşəklərin hakimi hesab edilirdi.
Mifik heyvanlara olan maraq Qarabağ xalçalarında öz əksini tapmışdır.Əjdəha təsvirli xalçalar məhz əyani misaldır.Əjdəhalar insanın həyatının,gələcəyinin uğurlu və şad keçməsi üçün çalışan bir heyvan kimi qiymətləndirilmişdir.
Qarabağ xalça kompizisiyasında diqqəti çəkən əsas məqamlardan biri isə əlvan rəng qammasıdır.Bu rəng birbaşa olaraq Qarabağın nağılvari təbiəti,əlverişli coğrafi mövqeyi və zəngin flora,founası ilə əlaqədardır.Xalça nümunələrində qırmızı və çəhrayı rəng tonları müxtəlif boyaq bitkilərindən(“marena”),bəzən isə”qırmız”adı ilə məlum olan qurdlardan əldə edilirdi.Sarı rəng tonları isə,əsasən,sarı rəngli müxtəlif çiçəklərdən,sarıçöp və sarıgüldən əldə edilmişdir.Şəkəri rənglərin əldə olunması üçün müxtəlif meyvə qabıqlarının və soğanlı bitkilərin suyuna ehtiyyac duyulurdu.Palıd rəngini xatırladacaq tonlar isə qoz,fındıq qabıqlarında əldə olunurdu.
Rənglərin ilmələrdə daha canlı,qalıcı olması üçün toxucular müxtəlif maddələrdən bərkidici məqsədilə istifadə edirdilər.Zəy,duz və digər maddələr buna misal ola bilər.XIX əsrdən etibarən isə Qarabağda,Şuşada xalçaçılıqda geniş sürətdə yayılan süni və qalıcı,sabit olmayan boyalarla rəngləndirilmiş xalçalara təsadüf edilirdi.Bu cəhət ümumiyyətlə Azərbaycan xalçalarının xarekteristik xüsusiyyətlərindən biri deyildi və bu üsula çox az müraciət edilirdi.
Qarabağ xalça sənətini bu qədər dəyərli edən təkcə zəngin rəng tərtibatı,kompozisiyası deyil,eyni zamanda xalçaya ilmə-ilmə həyat verən xalçaçının rəng kontrasına diqqət etməsi,şəxsi zövqü,düşüncəsi və mənəvi dünyasıdır.
Xalça və xalça məmulatlarının əsasını təşkil edən naxış və ya ornamentərin tarixi Mezolit dövrünə yəni e.ə. XII-VII minilliklərə dayanır.Qədim dövrdə yaşayan insanlar ilk olaraq primitiv formada ornamentləri və naxışları daşlar,qayalar üzərinə həkk etmişlər.Müxtəlif tarixi mərhələlərdə insan şüurunun formalaşması və bir-birini əvəz edən tarixi mərhələlərlə əlaqədar olaraq naxışların həkk olunduğu materiallar da dəyişikliyə uğramışdır.Belə ki,Yeni daş dövründə yəni e.ə.VII-V miniillikdə daş və gil üzərində,Tunc dövründə daha geniş vüsət alaraq ağac,metal,sümüklər üzərində,Dəmir dövründə yəni e.ə.I minillikdən etibarən isə artıq ornamentlərdə xüsusi bir inkişafın olduğunu və daha uğurlu formada tikmələr,toxumalar və geyim nümunələri üzərində həkk olunurdu.Müxtəlif səthlər üzərində tarixin özünü motivlərində həkk edən ornamentlərin işləndikləri səthlər dəyişsə də demək olar ki,əksər hallarda bədii tərtibatlarında eynilik görmək mümkündür.Ümumiyyətlə,tarixi vizual formada dərk etməmizdə xüsusi rol oynayan ornamentlər üç inkişaf mərhələsindən keçmişdir:İlkin inkişaf mərhələsi,İkinci dövr və naxış yaddaşının formalaşması ilə xarekterizə olunan üçündü dövr.
Təsadüfi deyil ki,qədim əcdadlarımızın daşlar üzərində həkk etdiyi ornamentlər,zoomorf və həndəsi fiqurlar xalça nümunələrində də əks olunmuş və bizə əcdadlarımızın ruhunu,duyğusunu,düşüncəsini və inancını ötürməkdə əvəzsiz rol oynamışdır.
Qarabağ qrupuna aid edilən xalça nümunələrinin hər biri özündə bənzərsiz mənaları və sirləri cəmləşdirir.Bu cür nümunələrdən biri də Qədim Türk-Oğuz elementlərini,düşüncələrini özündə cəm edən “Bəhmənli”xalçasıdır.Xalçada həndəsi formalı motivlər-səkkizbucaqlı,altıbucaqlı və uzadılmış həndəsi formalar üstünlük təşkil edir.Bu fiqurlardan əlavə olaraq mücərrəd formalı quş,əqrəbə bənzər heyvan,qoç buynuzları kimi burulmuş motivlər və s. diqqəti cəılb edir.Ritmik formada təkrarlanaraq xalçanı dövrəyə alan motivlərə diqqət etsək görərik ki,burada əcdadlarımız primitiv və simvolik formada on iki bürcü xarekterizə edən ornamentləri ilmə-ilmə işləmişlər.”Bəhmənli”xalça nümunəsində əks olunmuş “Tək göl”kompozisiyası piktoqrafik dövrə yox,ornament sənətinin üçündü dövrünə aid edilən bir nümunədir.Lakin Gəmiqaya təsvirlərində həkk olunmuş motivlərə,eyni zamanda ornamentlərin özündə cəmləşdirdiyi düşüncələr və fikirlərə nəzər yetirsək ümumi məna,məzmun yaxınlığının olduğunu görərik.
Diqqəti cəlb edən ənənəvi Qarabağ xalçalarından danışarkən “Çələbi”xalçasını da bu yerdə xüsusi olaraq qeyd edtməliyik.Mərkəzdə yerləşən böyük bir gölü ilə diqqəti cəlb edən “Çələbi”xalçalarının sanki xaricə doğru istiqamətlənən oxvari bir quruluşu vardır.Bu motivlərdən istifadə edilərək yaradılaan ən uğurlu və maraqlı nümunə Fərid Rəsulovun yaradıcılığında yer alır.Daim yeniliklə ənənənin sintezinə öz yaradıcılığında yer verən rəssam “Çələbi xalça motivlərindən və elemenetlərindən istifadə edərək V Beynəlxalq Simpozuimda fərqli bir nümunə ilə çıxış etmişdir.
Qarabağ xalçalarını izləmək,onların bədii tərtibatı və texniki xüsusiyyətləri ilə yaxından tanış olarkən,özümüzü Qarabağda hiss edir,o havanı ciyərlərimizə çəkmiş qədər doğmalığı duyuruq.Qarabağdakı həyatı gözlərimiz önündə canlandıran bu nümunə Azərbaycanın görkəmli xalçaçısı Lətif Kərimovun təşəbbüsü ilə əsası qoyulmuş,dünyanın ilk Xalça muzeyində yerləşir.Qarabağ həyatına həsr olunan bu nümunə“Qarabağ otağı”adlanır.Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin xanım Məlikovanın dediklərinə,əsasən,bu otağın yaradılmasında əsas məqsəd Qarabağdakı həyatı bir növ təqdim etməkdən ibarətdir. “Çələbi”xalça motivlərindən istifadə edilərək tərtib olunan bu ineryerdə insan özünü xüsusi bir əbədiyyətin,universallığın rəmzi olan xalçanın bir hisəsi kimi hiss edir.
Ümumiyyətlə,Müasir dövr Azərbaycan xalçaçılığının inkiafı və ənənəni əsas götürərək yeni formatda təqdimi birbaşa olaraq Fərid Rəsulov,Çingiz,Butunay Haqverdiyev və Faiq Əhmədin adı və fəaliyyəti ilə yaxından bağlıdır.
2.2.Qarabağ xalçalarının ənənəvi kompozisiyaları müasir dövr xalçaçı rəssamların yaradıcılığında
Bəşər tarixinə və incəsənətin keçdiyi inkişaf mərhələlərinə diqqət yetirsək görərik ki,tarix boyu daim elmi kəşflər,incəsənət cərəyanları və tarixi mərhələlər biri digəri üzərində müəyyən dərəcədə üstünlük əldə edərək bir-birini əvəz etmişdir.Bu fikri bir qədər xalçaçılıq sahəsinə aid etmək çətindir.Çox funksiyonallığı ilə seçilən və daim Azərbaycan xalqının həyatında əvəzolunmaz bir yeri tutan xalçaçılıq ənənələri nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatmış və müasir dövrdə də layiqli dəvamçılar tərəfindən dəyərini qoruyub saxlamışdır.Azərbaycan,eləcə də Qarabağ xalçaları təkcə bizim üçün yox, eyni zamanda dünya üçün də olduqca əhəmiyyətli və dəyərlidir. Qədim dövrlərdən etibarən xalçaçılıqla bağlı istifadə olunan müxtəlif alətlər,dəzgahlar təkmilləşərək bir-birini əvəz etsə də,özündə dərin mənaları cəm edən motivlər,ornamentlər,kompozisiyalar və sujetlər dəyişməmiş, müasir dövrdə də xalçaçı rəssamların dəfələrlə müraciət etdiyi mövzular olmağı bacarmışlar.Bu günümüzdə qədim Qarabağ xalçaları bir çox rəssamlar üçün məhz ilham mənbəyi olaraq, müasirliklə ənənəni özündə cəm edən nümunələr yaradılmasına səbəb olur.Müasir dövrdə bir çox xalçaçı rəssamların yaradıcılığına nəzər saldıqda bu sözün əyani formada şahidi ola bilərik.Qarabağ xalçalarından danışarkən xalçaçılıq ənənələrinə yeniliçki ruhla yanaşaraq bənzərsiz nümunələr yaradan,nağılvari kompozisiyaların müəllifi kimi xatırlanan Eldar Hacıyevin yaradıcılığı xüsusi olaraq qeyd edilməlidir.
Eldar Hacıyev yaradıcılıq fəaliyyətinə hələ 13-14 yaşında olarkən Xalq rəssamı Nadir Əbdürrəhmanovun tələbəsi olaraq başlamışdır.Xalçaçı rəssamın yaradıcılığının ilkin dövrləri rəngkarlıq işləri və miniatürlərlə zəngindir.Sonrakı illərdə artıq Eldar Hacıyev görkəmli xalçaçı rəssam,Azərbaycan xalçaçılığının inkişafında xüsusi rolu olmuş Lətif Kərimovdan bu sənətin sirlərini mənimsəmişdir və bu, onun parlaq bir xalçaçı rəssam kimi formalaşmasında əvəzsiz rol oynamışdır.Eyni zamanda Hacıyevin xalçaçı rəssam kimi formalaşmasında professor, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyevanın da rolu vardır.
Eldar Hacıyev yaradıcılığı əlvan rəng qamması,orjinallığı,ilmələrin göz oxşayan harmoniyası,fərqli tərzdə icra edilmiş toxunma texnikası və rənglərin canlılığı ilə xarekterizə olunur.Onun yaradıcılığını daha dəyərli və bənzərsiz edən isə demək olar ki,Azərbaycan üzrə ilk dəfə olaraq ipəklə xalça toxuyan və miniatür işləri xalça üzərinə köçürən tək rəssam olmasıdır.E.Hacıyev öz əsərlərində yunla ipəyin qarışığından da istifadə edir.O,müəyyən yerlərdə ipəyə,bəzi yerlərdə isə yuna üstünlük verir.Bu da onun xalçalarını naturalizmi ilə seçilən orjinal nümunələr olmasına gətirib çıxarır.Eldar Hacıyev yaradıcılığının daha bir üstün cəhəti isə xalçalarının çox sujetli olmasıdır.Bu cür nümunələrdə milli ornamentlər,milli geyimlər,zərgərlik nümunələri ilə bəzədilmiş insan obrazları üstünlük təşkil edir.Rəssamın fərdi sərgiləri müxtəlif illərdə həm ölkə daxilində,həm də ölkə xaricində-Fransa,Rusiya,Dubay,BƏƏ və s.kimi ölkələrdə baş tutmuşdur.Xalçaçı rəssamın “Yeddi gözəl”,”Bəhramgur ovda”,”Fitnənin öküzü qaldırması”,”Leyli və Məcnun”,”Xosrov və Şirin”,”Məhsəti Gəncəvi”,”Mirzə Şəfi Vazeh”,”Ana Məryəm”,”Vladimir ikonası”,”Ömər Xəyyam”,”Şərq gəlini”və digər işləri Azərbaycan xalçaçılığının ən yaxşı nümunələrindəndir.
Eldar Hacıyevin yaradıcılığında Qarabağ və Şuşa mövzusu ayrıca bir mənanı,böyük bir sahəni əhatə edir.Rəssamın sırf Qarabağ xalça motivlərindən istifadə edərək hazırladığı nümunələr sırasına “Ağ dəvələr,Qarabağ xalçaları”,”Şuşa qızı”,”Qələbə”,”Qarabağda toy”,”Bəy atları”,Şuşa xalçası”,”Ağ atlar”,”Qırmızı Qarabağ atları”,”Qarabağın xəritəsi”,”Azərbaycan xalçaları”,”Qarabağda Novruz”,”Qarabağ xalçalarının rəqsi” və s. kimi 50-dən artıq rənglərin vəhdəti ilə yaranmış xalçalar daxildir.Hər bir kompozisiyada müəllifin xırda detallara diqqətlə yanaşdığını və Qarabağın həyatına aid hər bir cəhəti qabarıq,eyni zamanda aydın bir formada çatdırdığının şahidi oluruq.
Ağ dəvələr(2.2.1).Qarabağ xalçası”,Eldar Hacıyev.Bu xalçada qırmızı ornamental fon üzərində ağ dəvələrin təsvir edilməsi və kontras diqqəti cəlb edir.Qırmızı fon üzərində Qarabağın “Xətai”xalçası harmonik tərzdə işlənmişdir.Təntənə ilə bəzədilmiş iki ağ dəvə üzərində isə təsvir edilən xalçalar “Açma-yumma”və”Butulkalı”Qarabağ xalçalarıdır.
Eldar Hacıyev “Açma-Yumma”xalçasının bir bütov,iki yarım gölünü dəvənin üzərində çox böyük təntənə və olduqca simmetrik formada yerləşdirmişdir.Ənənəvi “Açma-Yumma”Qarabağ xalçalarından fərqli olaraq burdakı xalça daha canlı və işıqlı tərzdə təsvir olunmuşdur.
Hər iki dəvənin donqar hissələri bizə milli motivlərdən hesab edilən buta formasını xatırladır.Bir-birilə ümumi bir vəhdət içərisində olan gül-çiçək motivləri və digər ornamentlərin kompozisiya daxilində uğurla həlli diqqəti cəlb edir. Bir xalça kompozisiyası daxilində müxtəlif sujetləri cəmləmək,bir çox xalçaya məxsus ornamentlər və motivlərin bir bütün formada həll edilməsi Eldar Hacıyevin müəllifi olduğu xalçalar üçün ortaq bir xarekteristik haldır.
Bu xalçada arxa fon kimi seçilən Qarabağın”Xətai”xalça kompozisiyasının yaşı 400-dən çoxdur.Toxunulma texnikasına,materialına və ornamentlərinin zənginliyinə görə “Əjdahalı”xalçalara aid edilən bu kompozisiya üzrə toxunulan hər bir nümunə dünya muzeylərində də qorunularaq saxlanılır.Bu cür xalçalardan biri də uzun müddət Vətəndən uzaqlarda-İtaliya,Avstriya muzeylərində saxlanılan və 2018-ci ildə Heydər Əliyev fondu tərəfindən Azərbaycan Milli xalça muzeyinə hədiyyə olunan qədim “Xətai”xalçasıdır(2.2.3).Azərbay xalqının düşüncə tərzini,inanclarını və müxtəlif fikirlərini özündə əks etdirən əjdəha motivlərinin yaranması daha qədim dövrlərə gedib çıxır.Bu nümunələr məhz”Xətai”adı ilə məşhurlaşaraq Qarabağ xalça qrupunun ən gözəl incilərindən olmağı bacarmışdır.Bu kompozisiyada istifadə olunan əsas element kimi bir-birilə kəsişən”qollar”ın,budaqların adlarını qeyd etmək olar.Eyni zamanda bir çox Qarabağ xalçalarında rast gəldiyimiz nəbati və zoomorf ornamentlər bu xalça üçün də əsasdır.Kompozisiyada əjdaha, simurq (yəni feniks), ördək, həyat ağacı, fantastik məxluqlar və palmet təsvirləri harmonik tərzdə yerləşdirilmişdir.
Qarabağın qədim “Açma-Yumma”xalça kompozisiyalarında,adətən,qırmızı,ağ mavi elementlərin işlədilməsinə diqqət yetirilir.Bu xalçanın məhz bu cür adlandırılmasına səbəb isə xalçada təsvir olunan göllərdir.”Açma-yumma”xalçasında yarım və bütöv formada olmaqla ümumilikdə 12 göl təsvir olunur.Göllər sanki xalça kompozisiylarında hərəkəti xatırladacaq tərzdə açılıb-yumularaq xalçaya xüsusi bir gözəllik qatır(2.2.2).
Eldar Hacıyevin yaradıcılığında Qarabağ adət-ənənələrini,gündəlik həyat tərzini özündə əks etdirən nümunələrdən biri də”Qarabağda toy”adlı xalçadır(2.2.7).Xalça ilk baxışdan parlaq və şux rəngləri ilə diqqəti cəlb edir.Kompozisiyada beş qarabağlı qız təsvir olunmuşdur.Milli geyimlərdə təsvir olunan qızların geyimlərindəki ornamentlərdən əlavə olaraq onların aksesuarları,kəmərləri və xırda elementlərin zərgərlik dəqiqliyi ilə işlənməsi əsəri daha da baxımlı edir.Qarabağlı üç qız musiqi alətlərində ifa etdiyi halda,digər ikisi milli rəqsimizi nümayiş etdirirlər.Xalça kompozisiyası daxilində divarda asılan xalçanı görürük ki,bu da Qarabağın”Güllü”xalçasıdır.Bundan əlavə olaraq isə otaq,divarlar və yer Qarabağa xalçalarına məxsus ornamentlərlə,tikmələrlə bəzədilmişdir.Yerdə təsvir olunan Qarabağın “Qızılgül kilimi”buna misaldır.Bir birilə kontras təşkil edən rəng tonlarına üstünlük verilməsi və xalça daxilində yer alan müxtəlif parça teksturalarının uğurla hiss edilməsi kompozisiyanın tamamlanmasında xüsusi rol oynamışdır.
Eldar Hacıyev yaradıcılığında Şuşaya həsr edilən ən gözəl və al-əlvan nümunələrdən biri də məhz “Şuşa qızı”xalçasıdır(2.2.4).Qara fon üzərində mərkəzdə qüdrətli Qarabağ atı,atın üzərində isə milli geyimi ilə diqqəti cəlb edən Şuşa qızı təsvir edilmişdir.Şuşa qızı sağ əlində Şuşanın,gözəl Qarabağın,uzun illər Qarabağa olan həsrətin,sevginin simvolu olan Xarı bül-bül gülünü,digər əlində isə üzərinə bül-bül qonmuş gül çələngini tutmuşdur.Müəllif Şuşa qızının geyiminin rəng seçimində Azərbaycan Respublikasının Bayrağının rənglərinə-göy,qırmızı və yaşıl rənglərə müraciət etmişdir.Şuşa qızının geyimi,geyiminin üzərindəki buta elementləri qədər aksesuarlar,zərgərlik nümunələri də dəqiq formada təsvir edilmişdir.
“Şuşa qızı”xalça nümunəsində diqqəti cəlb edən daha bir məqam isə Cəbrayıl xalça motivlərindən istifadə edilərək xalça daxilindəki kompozisiyasının çiçəklərlə çərçivəyə alınmasıdır.Cəbrayıl xalçalarında müxtəlif stilləşdirilmiş gül-çiçək təsvirlərinə “Bağçada güllər”,”Dibçəkdə güllər”və s.adlarla xarekterizə olunan nümunələr fonunda rast gəlmək olar.XIX əsrin sonuna aid edilən “Bağçada güllər”nümunəsində bir qədər tünd fon üzərində eynilə “Şuşa qızı”xalça nümunəsindəki kimi al-əlvan çiçək motivləri təsvir edilmişdir.”Bağçada güllər”xalçasının mərkəzi hissəsində qızılgüllərdən ibarət göl qırmızı çərçivə ilə əhatə olunmuşdur.Zərif güllər,əlvan ləçəkli çiçəklər bizə bir çəməni xatırladır.
“Şuşa qızı”xalçasında müəllif 50-dən çox rənglərdən istifadə etmişdir.Xalça nümunəsində at hərəkət halında verilərək irəliyə doğru addımlayır.
Qədim Qarabağ xalçalarında ən çox rast gəlinən və Oğuz xalqının gündəlik həyatının ayrılmaz bir parçası olan at fiqurları Eldar Hacıyevin də ən çox müraciət etdiyi mövzular sırasındadır.Burada Qarabağ atı olduqca zəngin görkəmdə,ipək tikmələrlə,müxtəlif aksesuarla bəzədilmiş formada təsvir edilmişdir.
Qədim dövrlərə aid edilən bir çox Qarabağ xalçalarında da at tərsvirlərinə müraciət edildiyinin şahidi oluruq.Qarabağın qədim”Atlı-itli”xalçalarındakı at fiqurlarına diqqət yetirsək onların daha çox çevikliyi və əzəməti ilə seçildiyinin lakin bir qədər sadə formada təsvir edildiyini söyləmək olar.”Atlı-itli”kompozisiyalı xalçaların əksəriyyətində atları yalnız bəzəkli yəhərlərlə görmək mümkündür.1910-cu ilə və Zəngilana aid edilən “Atlı-itli”Qarabağ xalçasında yuxarı hissədə sıra ilə düzülmüş üç at təsvir edilmişdir.Atın gündəlik həyatda rolu,eyni zamanda Qarabağ atlarının qədim dövrdən etibarən öz gözəlliyi ilə diqqəti cəlb etməsi atların təsvirlərinin gündəlik həyatda istifadə olunan bir çox əşyalarda,eyni zamanda xalçalarda da təsvir edilməsi ilə nəticələnmişdir.Bir qəhvəyi və iki qara at fiquru altında isə sədaqət və vəfa simvolu olan üç it fiquru da yerləşdirilmişdir.Ətrafda isə xırda formada yarpaq,gül-çiçək motivləri,stilləşmiş insan obrazları,digər canlı heyvanların təsvirləri yer alır. At təsvirlərinin yer aldığı ənənəvi Qarabağ xalçalarından biri də 1995-ci ilə aid edilən”Atlı”xalçasıdır.Ümumiyyətlə,qədim Qarabağ xalçalarında atların təsvir olunmasının tarixi kökləri Qarabağın “Ovçuluq”xalçarına gedib dayanır.XX əsrə qədər ovçuluqla bağlı səhnələrin təsviri əsas olaraq götürülsə də,bu zamandan sonra artıq tək və ya qrup formada təsvir edilmiş stilizə edilmiş heyvan təsvirlərinə daha çox müraciət edilir.
Eldar Hacıyevin xalça nümunələrində yer alan atlar isə adətən dekorativ və zərifliyi ilə seçilən Qarabağın bəy atlarına xas tikmələrlə birgə təsvir edilirlər.Lakin buna baxmayaraq bu cür xalçalarda at təsvirləri bir qədər donuq formada həll olunmuşdur.Bunun üçün də Eldar Hacıyevin müəllifi olduğu xalça nümunələrində yer alan atları digərlərindən asanlıqla fərqləndirmək mümkündür.
Eldar Hacıyevin yaradıcılığında Qarabağın dünya şöhrətli atlarından bəhs edən daha bir kompozisiya isə Azərbaycanın İkinci Vətən müharibəsindəki qələbəsinə həsr olunan “Qələbə”xalçasıdır(2.2.6).Burada arxa ayaqları üzərində şahə qalxmış Qarabağ atının mənfur düşmənə qarşı yəni ilanın başına doğru zərbə endirdikdən sonrakı anı təsvir olunmuşdur.At qüdrəti,gücü xatırladacaq qırmızı rənglə verilmişdir.Qədim Qarabağ xalçalarındakı at təsvirlərindən fərqli olaraq buradakı qırmızı at da ornemantal xalça ilə bəzədilmişdir.Atın üzərində “Xan Qarabağ xalçası”təsvir edilmişdir.
Qarabağın qədim “Xan Qarabağ”və ya sadəcə “Qarabağ”adı ilə tanınan xalçaları demək olar ki,Azərbaycanın bütün ərazilərində müraciət edilən xalça kompozisiyası olmuşdur.Müasir dövrdə də bu kompozisiyalara çox müraciət edilir və onu toxuyan sənətçidən,toxunulduğu ərazidən aslı olaraq müxtəlif adlarla özünü görsədir.Qədim dövrlərdən etibarən bu xalçalar,əsasən,Şuşada satış üçün toxunularaq Türkiyəyə və ya digər qonşuluqdakı ölkələrə aparılırdı.Ornamental həllərindən aslı olaraq “Xan Qarabağ”xalçaları bir neçə növə bölünür.
1.İkidən artıq medalyondan ibarət olan xalçalarda müəyyən qədər İran və Hindistanda istifadə olunan və basma naxışları ilə diqqəti cəlb edən tekstillərin təsirini hiss etmək mümkündür.Bu medalyonlar nəbati ornamentllərlə bəzədilirdi.Bu ornamental həll özünü məişətdə istifadə olunan bir çox parça məmulatlarında da görsədir.
2. “Çini-çeşni”adlanan “Xan Qarabağ”xalçalarında,adətən,8 medalyon harmonik bir tərzdə icra olunurdu.
“Qələbə”xalçasında fon kimi müəllif müxtəlif Qarabağ xalçalarına xas ornamentləri bir bütün halında cəm etməyi uğurla bacarmışdır. Burada yuxarı mərkəzdə İkinci Vətən müharibəsində Qələbəni bizə yaşadan,Şəhidlərin əziz xatirəsini simvolizə edən Xarı bül-bül motivinin yerləşdirilməsi də xalçada kompozisiyasının tamamalanmasında mühüm rol oynamışdır.Xalça nümmunəsində “Xətai”və”Güzgülü”xalçasıdan arxa fon kimi olduqca uğurla istifadə edilmişdir.
Eldar Hacıyev yaradıcılığında fərqli tərzdə icra olunmuş ornamental həlli ilə diqqəti cəlb edən daha bir nümunə isə”Ağ atlar”kompozisiyasıdır(2.2.8).Xalça nümunəsində şaquli formada Qarabağın üç atı yerləşdirilmişdir.Atların iç hissələri gül-çiçək motivləri ilə əhatə olunduğu kimi arxa fonda da məhz nəbati ornamentlərə müraciət edilmişdir.Daha dəqiq desək Qarabağın “Güllü”xalçasının ornamental həlli bu nümunədə arxa fon kimi çıxış edir.Bundan əlavə olaraq müəllifin təsvir etdiyi digər xalça nümunələrindəki atlarda olduğu kimi burada da atlar Qarabağın bahalı tikmələri ilə bəzədilmişdir və hər birinin üzərində üç fərqli Qarabağ xalçası təsvir edilmişdir.Belə ki,birinci atın üzərində təsvir edilən xalça nümunəsi Qarabağın”Muğan”xalçasıdır.Bu xalça nümunəsinin ənənəvi “Muğan”xalçalarından əsasən fərqi lakonik və bitkin formada olması,eyni zamanda mozaikaları xatırladacaq formada təsvir olunmasıdır.
Özünün bədii estetik tutumu,rəng palitrasının fərqliliyinə görə seçilən Qarabağın qədim”Muğan”xalçalarından biri Azərbaycan Milli Xalça Muzeyində saxlanılan və məşhur xalçaçı-rəssam Lətif Kərimovun müəllifi olduğu nümunədir.İlk növbədə xalça nümunəsinin belə adlandırılması Muğan düzü ilə birbaşa olaraq bağlıdır.Kompozisiyasının əsas elementi kimi daha çox “qədimi naxış”kimi xarekterizə olunan 12 ədəd qarmaq forması çıxış edir.Qarmaqların sayının bu cür seçilməsi əlbəttə ki,təsadüfi hal deyildir.Qarmaqlar ilin on iki ayını simvolizə etməklə bərabər,eyni zamanda qədim türk xalqlarının düşüncə tərzində yer alan on iki ili saymaqla da əlaqəlidir.Xalça nümunəsinə diqqət yetirdikdə ənənəvi “Muğan”xalçalarına xas olmayan tərzdə icra edildiyinin şahidi olarıq.Nümunə orjinallığı və xardalı rəng tonunun üstünlük təşkil etməsi ilə seçilir(2.2.9).
Eldar Hacıyev yaradıcılığında koloriti və harmoniyası ilə diqqəti çəkən başqa bir nümunə isə “Qırmızı Qarabağ atları”xalçasıdır(2.2.10).Xalçaçı rəssamın yaradıcılığına xas olan bir kompozisiya daxilində bir çox xalça motivlərinin cəm edilməsi ənənəsinə bu nümunədə də rast gəlirik.İlk növbədə xalçada qırmızı rəng qamması üstünlük təşkil edir.Müəllif burada Qarabağın ənənəvi “Bulud”xalçası elementlərindən istifadə etmişdir.Kompozisiya daxilində şaquli formada bir birilə üzbəüz dayanmış üç cüt at fiquru yerləşdirilmişdir.Atlar bitkin formada təsvir edilsə də,onlar sanki “Bulud”xalçasının elementlərinin dəvamı kimi görünür.Burada atların özləri qırmızı,yəhərləri isə zərgər dəqiqliyi ilə təsvir olunaraq qızılı formada özünü görsədir.Eyni zamanda Eldar Hacıyevin xırda detallara diqqət verməsini burada hər bir atın üzərindəki yəhərlərin motivlərinin fərqli formada icra olunması ilə hiss etmək olar.
Qarşı-qarşıya dayanmış altı at fiquru burada da qiymətli Qarabağ xalçaları ilə bəzədilmişdir və hər birininin üzərində Qarabağ qrupuna aid edilən yetkin xalçalar yerləşdirilmişdir.Belə ki,sağ tərəfdə aşağıdakı atın üzərində “Xətai”,ortada “Malıbəyli”,yuxarıdakı atın üzərində isə “Bəhmənli”xalçası yer alır.Sol tərəfdə isə aşağıdakı atın üzərində “Qasımuşağı”,ortada “Çələbi”,yuxarıdakı atın üzərində isə “Butalı”Qarabağ xalçaları bənzərsiz bir formada yerləşdirilmişdir.Demək olar ki,Eldar Hacıyevin yaradıcılığına xas bir çox xüsusiyyəti bu nümunədə aydın formada hiss etmək mümkündür.Yeddi xalça motivinin bir nümunədə cəm edilməsi,parlaq rənglər,xırda detallara və incə nüanslara diqqət yetirilməsi,eyni zamanda Qarabağ atlarının dəyərli xalçalar,tikmələrlə bəzədilməsi bu xalçanı çox dəyərli etmişdir.
Bu nümunədə arxa fon kimi istifadə edilən Qarabağ qrupuna aid edilən”Bulud”xalçaları Şuşada XIX əsrin II yarısından etibarən formalaşmağa başlamışdır.Bu xalça kompozisiyası tezliklə demək olar ki,bütün Qarabağ ərazisində məşhurlaşmış və satış üçün sifarişlə daimi olaraq toxunulmuşdur.XIX əsrdə Şuşa mədəniyyətin və ticarətin mərkəzi rolunu oynadığı üçün,bura daim müxtəlif ölkələrdən—Rusiya,Avropa və digər diyarlardan tacirlər,xalçaçılar gəlir və məişətdə istifadə olunan müxtəlif ləvazimatlar,parçalar, çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar gətirilirdi.Rusiyadan gətirilən nümunələr ornamental həllərinə və üzərilərində həkk olunan rəsmlərə görə Şuşa xalçaçılarının diqqətini cəlb etmiş və bu nümunələrdən ilhamlanaraq onlar möhtəşəm”Bulud”xalçalarının əsasını qoymuşdur.Rusiyaın dekorativ tətbiqi sənət sahələrindəki naxışların Qarabağ xalçalarına köçürülməsi nəticəsində “Bulud”və “Saxsıda güllər”nümunələri yaradılmışdır(2.2.11).
“Bulud”xalçalarında bir-biri ilə əks olan qara fon və üzərində qırmızı tonlarda elementlərin yerləşdirilməsi əsas olaraq götürülür.Elementlərin xaotik formada yerləşməsi və səmada dağınıq buludları xatırlatması ilə əlaqədar olraq xalçaların məhz “Bulud”adı ilə xarekterizə olunmuşdur.
Sağ tərəfdə aşağıda təsvir olunan Qarabağın”Xətai”xalçası Eldar Hacıyevin “Ağ dəvələr”əsərində də arxa fon kimi seçildiyi üçün yuxarıda bu xalça haqqında məlumata geniş yer verilmişdir.”Xətai”xalçalarından danışarkən ənənəvi motivlərə yeni ruhu həkk edən Məhəmmədhüseyn Hüseynovun da adını xüsusi olaraq qeyd etməliyik.Müəllifin ənənəvi “Xətai”xalça kompozisiyasından təsirlənərək yaratdığı “Yeni Xətai”xalçası rəmzi və simvolik mənaları özündə cəm edən elementlərlə diqqəti cəlb edir.Burada qarmaqlı formada icra edilmiş naxışlara və qədim türk düşüncəsində yer alan kosmik fikirləri özündən cəm edən simvollara xüsusi yer verilmişdir.Ara sahədə “Xətai” qollarından ibarət mücərrəd formalı insan obrazı yerləşdirilmişdir(2.2.12).
Sağda ortadakı atın üzərindəki xalça isə Qarabağın məşhur “Malıbəyli”xalça kompozisiyasıdır.Bu xalça kompozisiyası öz adını Qarabağın eyni adlı kəndindən yəni Malıbəyli kəndindən götürmüşdür.Nəbati ornamental həlli ilə diqqəti cəlb edən”Malıbəyli”xalçalarının yaranma tarixi XVIII əsrə təsadüf edir.”Malıbəyli”xalçaları digər xalçalardan göllərinin quruluşuna,qarmaqlı elementlərinin fərqli tərzdə icra olunması ilə seçilməsindən əlavə olaraq,eyni zamanda ilmə sıxlığına,ölçülərinə və iplik liflərininin quruluşuna görə də fərqlənir.Kompozisiyada adətən səkkiz güşəli göl və müxtəlif doldurucu elementlər yerləşir.Burada göllərin ətrafları adətən zoomorf təsvirləri ilə doldurulurdu.”Malıbəyli”xalçalarında bizə hovuzu xatırladacaq kvadrat formalı elementlərin yer aldığını qeyd etmək olar.Bu cür nümunələr ilana bənzər heyvan fiqurları ilə mühafizə olunur.Bəzi mənbələrdə bu elementlərin məhz suyu,təmizliyi simvolizə edən ördək obrazları olduğu da qeyd edilir.
Eldar Hacıyev “Qırmızı Qarabağ atları”nümunəsində kiçik bir ölçü daxilində öz fərqli həlli ilə seçilən “Malıbəyli”xalça kompozisiyasının elementlərini iri formada verməyi çox uğurla bacarmışdır.Və burada ördəyə bənzər elementlər ənənəvi Qarabağ xalçalarındakı ördək təsvirlərinə nisbətən daha iri formada verilməsi ilə seçilir.
Sağda yuxarıdakı atın üzərində təsvir olunan xalça isə elementləri,simvolları haqqında müxtəlif fərziyyələr və fikirlər irəli sürülən “Bəhmənli”xalça kompozisiyasıdır.Bu xalçalar Qarabağın Füzuli rayonunun Böyük Bəhmənli kəndinin adı ilə əlaqələndirilir.Bu kompozisiya üzrə toxunulan xalçaları digərlərindən asanlıqla fərqləndirmək mümkündür.Xalçaya diqqət etdiyimiz zaman nəzərə aydın və bitkin formada çıxış edən əks formalı fiqurlar nəzər çarpır.Müxtəlif mənbələrdə bu elementlərin “heykəl”,”pəncə”və s.olduğu ilə bağlı fikirlər olsa da,bu elementlərin tısbağa fiquru olduğunu da qeyd edənlər az deyildir.Heyvan fiqurunu xatırladan bu elemetnlər hansısa totemi,eyni zamandan xərçəng fiqurunu,ya da müəyyən inancları özündə əks etdirən tısbağa fiqurunu simvolize etdiyini söyləmək olar.
Eldar Hacıyev “Qırmızı Qarabağ atları”nümunəsində tısbağaya bənzər elementə daha çox diqqət edərək kiçik bir ölçüdə əsaslı surətdə bu elementin vurğulanmasına diqqət etmişdir.Burada sanki tısbağa elementinin yarısı böyüdülmüş ölçüdə verilərək bu xalçanın “Bəhmənli”xalçası olduğunu bir daha vurğulayır.
Qarabağın və Şuşanın mədəniyyətimizin mərkəzi kimi qiymətləndirilməsi əbəs yerə deyildir.Qarabağ təkcə dəyərli xalça nümunələri ilə yox,eyni zamanda bənzərsiz zərifliyi,əzəməti və gözəlliyi özündə cəm edən memarlıq nümunələri ilə də seçilir.Eldar Hacıyev yaradıcılığında bu cür memarlıq nümunələrinin bir xalça kompozisiyası daxilində uğurla cəm edilməsinə “Xəritə”adlı nümunədə rast gəlinir(2.2.15).Bu xalçanı izləyən zaman sanki özümüzü Qarabağda hiss edir,onun havasını duyuruq.Qarabağ dedikdə ağla gələn bütün əsrarəngiz səhnələr,şəhərlər,abidələr,Qarabağın yam-yaşıl təbiəti,hətta havası belə bu xalçanın ilmələrinə çox böyük uğurla hopdurulmuşdur.
Belə ki,Qarabağın xəritəsi daxilində Tərtər,Ağdam,Xocalı,Kəlbəcər,Laçın,Hadrud,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan və mərkəzdə isə Şərqin konservatoriyası adlandırılan Şuşa şəhərlərinin adlarını və abidələrini görürük.Eni zamanda Xudafərin körpüsü,Şeyx Babı türbəsi,Cövhərağa məscidini və digər Qarabağın simvoluna çevrilmiş abidələr əsərdə uğurla yer almışdır.Müəllif burada da Şuşanın,uzun illər Qarabağa olan həsrətin və müqəddəs şəhidlərin ruhunu simvolizə edən Xarı bülbül simvolunu da unutmamış onu Şuşanın üzərində yerləşdirmişdir.Abidələrin qüsursuz həllindən,təbiətin rənginin natulist formada təsvirindən əlavə olaraq,bütün bu kompozisiyanın arxa fonu kimi demək olar ki,Qarabağ qrupuna aid xalça kompozisiyalarından elementlər,ornamentlər və motivlər çıxış edir.Burada “Balıqlı”,”Buynuzlu”,”Qasımuşağı”,”Buludlu”,”Malıbəyli”,”Butalı”,”Çələbi”,
”Qoca”,”Xətai”xalçalarının elementlərini görə bilərik.Müxtəlif xalçaların elementlərinin bir xalça kompozisiyası kimi cəm olunduğu bu nümunədə həm Qarabağın xərtiəsinin,həm Qarabağ abilərinin və ən əsası Qarabağ qrupuna aid saysız-hesabsız xalça motivlərini cəm etdiyi üçün olduqca dəyərli və bənzərsizdir.
Zərifliyi və sıx formada tərtib olunmuş ornamental həlli ilə diqqəti cəlb edən, “Balıq”adı ilə tanınan Qarabağ xalçalarına bəzi yerlərdə “Moxi”də deyilirdi.Qarabağ ərazisində geniş yayılıb məşhurlaşan bu xalçaların mərkəzi Bərdə şəhəridir.XVIII əsrin II yarısından etibarən bu xalçalar Şuşada toxunulmağa və kütləvi formada istehsal edilməyə başlayır.Sonralar toxunulmuş "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçaların əcdadı kimi məhz “Balıqlı”xalçaları qeyd olunur.”Balıq”adı ilə məşhur olan bu xalça kompozisiyaların əsasında isə “Əfşan”xalçaları dayanır.
Qarabağın xəritəsinin təsvir olunduğu xalçada fon kimi istifadə edilən xalçalardan biri də Qarabağın Füzuli rayonunda daha çox toxunulan “Buynuz”xalçalarıdır.Qarabağ qrupuna aid edilən və ritmik tərzdə icra olunmuş motivləri ilə diqqəti cəlb edən bu xalçaların əsas mərkəzi kimi Gəncə şəhəri çıxış edir.Gəncədə inkişaf edən,əlvan kompozisiyaları ilə diqqəti cəlb edən “Buynuz”xalçaları bəzən “Gəncə”və”Tapanca”da adlanır.Xalçanın bədii tərtibatına diqqət etdikdə məhz xalçanın bu cür adlandırılmasının səbəbinin və motivlərin buynuzu xatırladacaq formada həll edilməsinin birbaşa olaraq qədim türk inancları,totemləri ilə bağlı olduğunu qeyd etmək olar.Mərkəzi Asiyada,Yaxın Şərqdə,həmçinin Azərbaycanda xüsusi əhəmiyyətə sahib olan buynuzlu heyvanlar bir çox məqsədlərlə istifadə olunduğu üçün bu motivin xalça üzərində bolluq,bərəkətlik rəmzi kimi də çıxış etdiyini düşünmək olar.Lakin buynuz sonluqlarının bir–birinə yaxın yerləşdirilimiş, yəni yarımay və ya daha dəqiqi, ayın göründüyü birinci gündən yeddinci günədək olan halı formasında təsvir edilmiş buynuzlar güc və qoçaqlıq,bolluq simvolu deyil, Ayın şərti təsviri hesab edilirdi.Bu hal da bəzi mənbələrdə ilahi qüvvələrlə,inanclar və totemlərlə əlaqələndirilirdi.Bu cür xalça nümunələrindən biri də hal hazırda Azərbaycan Milli xalça muzeyinin kolleksiyasında qorunulur.
Qarabağ qrupuna daxil olan individuallığı ilə seçilən daha bir xalça kompozisiyası isə “Qasımuşağı”xalçalarıdır.Bu xalçaların ornamental həlli müəyyən qədər Təbriz xalçalarına xas xüsusiyyətləri bizə xatırladır. “Qasımuşağı xalçaları”, “Qoca xalçaları”, “Açma-yumma xalçaları”, “Balıq xalçalarına”da bu fikirləri aid edə bilərik.Burada təsvir olunan əjdəha obrazlarının Təbriz xalçaçılıq məktəbinə aid “Xətai”xalçalarından götürülmüşdür.
Özündə rəmzi mənaları,simvolları cəm edən və qırmızı tonlarda olan rənglərin üstünlük təşkil etməsi ilə seçilən “Qasımuşağı”xalçaları qədim dövrlərdən etibarən əlvanlığı ilə diqqəti cəlb edir.Ənənəvi Qarabağ xalçalarından fərqli olaraq bu xalçaların toxunulmasında ağ, tünd qırmızı, yaşıl, qara, sürməyi, sarı,qəhvəyi bir sözlə zəngin rəng palitrasına, rəngli ipliklərə üstünlük verilir.
Bu xalçalar Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilir və Laçın rayonundan şimalda yerlə.ən Qasımuşağı obası ilə əlaqədar olaraq,burada toxunulan xovlu,xovsuz bir çox xalça məmumatları məhz bu ad ilə xarekterizə olunur.Qasımuşağı obası xalçaları,kilimləri,palazları,burada hazırlanan məişət əşyaları ilə çox məşhur idi.Buradakı əhali yüksək əl qabiliyyətinə malik idi ki,bunun bariz misalı burada toxunan və dövrümüzə qədər gəlib çatmış xalça məmulatları və eləcə də,”Qasımuşağı”xalçalarının özüdür.Eyni zamanda ən az “Qasımuşağı”xalçaları qədər,burada tikmələr də zərifliyi,tərtibatının peşəkarlığı və ilmə sıxlığı ilə diqqəti cəlb edir.
Bu xalçaları daha çox dəyərli edən səbəblərdən biri də burada təsvir olunan hər bir motivin məişət əşyalarını,dini inancları,müxtəlif alətləri simvolizə etməsidir.Belə ki,burada bolluq,bərəkət gətirdiyinə inanılan və bir növ ruzi-bərəkət simvolu kimi çıxış edən qovaq,yalnız “Qasımuşağı”xalçalarına məxsus “S”vari qollar və onların daxili hissələrində verilmiş əjdaha motivləri,insanlar arasında mehribanlığın və əlimizdəki ən kiçik şeyi belə yanımızdakı insanla bölüşməyin nə qədər savab olduğunu bildirən “Ərsin”simvolları,bizə 1 cüt gözü xatırladan və bəd-nəzərdə qoruyan “Qaynaqlar”və nəhayət,Azərbaycan xalq məişətində uzun illər istifadə edilən kovğa alətinin simvolizə edən işarələr xalça daxilində bir-birilə əlaqəli,lakin bitkin və sərbəst formada çox böyük uğurla verilmişdir.Bir xalça kompozisiyasından daha artığı olan “Qasımuşağı”xalçaları məhz daşıdğı əvəzolunmaz mənaya və dəyərə görə uzun illər araşdırılaraq dərindən öyrənilmişdir.
Ənənəvi Qarabağ xalçalarının eyni zamanda Azərbaycanın digər xalçaçılıq məktəblərinin bir çox motivlərinin bir nümunədə cəmləndiyi daha bir nümunə isə Eldar Hacıyev yaradıcılığında yer alan “Azərbaycan xalçaları”dır(2.2.23).Xalça nümunəsi yun və ipək qarışığından istifadə olunaraq hazırlandığı üçün müəllifin digər xalçalarında olduğu kimi burada da zəriflik,harmoniya,uğurlu kolorit həlli və işıqlı rəng qamması diqqəti cəlb edir.Eldar Hacıyev yaradıcılığına xas olan bir neçə xalça sujetinin bir nümunə fonunda cəm edilməsi “Azərbaycan xalçaları”üçün də xarekteristik bir haldır.Burada arxa fon kimi Qarabağın Cəbrayıl bölgəsində toxunulan xalçalar üçün əsas motiv olan gül-çiçəklərdən ibarət “Qızılgüllü xalçası”çıxış edir.Müxtəlif rənglərdən ibarət altı ədəd qüdrətli Qarabağ atları irəli qaçan formada verilmişdir ki,bunu onların saçlarından hiss etmək mümkündür.Atların üzərilərində isə Qarabağ,Quba,Şirvan,Qazax qruplarına aid müxtəlif xalça nümunələri təsvir edilmişdir ki,bu da xalçanın dəyərini daha da artırır.
Azərbaycan xalqına məxsus qədim adət-ənənələr,bayramlar illərin sınağından uğurla keçərək bu gün də yaşadılmaqdadır.Milli bayramlarımızdan biri olan və yazın,yaşıllığın,təbiətin oyanmasının,bərəkətin simvolu olan Novruz bayramı da məhz xalqımız üçün qədim dövrlərdən etibarən xüsusi bir təntənə,coşğuyla qeyd edilən bayramlardandır.Novruz bayramına xas isdiliyi,sevgini və mehribanlığı hiss etdiyimiz xalça nümunələrindən biri məhz Eldar Hacıyevin yaradıcılığında yer alan “Qarabağda Novruz”adlı əsərdir(2.2.22).Əsərdə dörd Qarabağ qızı əyləşmiş formada verilmişdir.Qızların geyimlərinin rəngi,aksesuarlar və parçalarının teksturaları natulizmi ilə seçildiyi kimi onların hərəkət halında verilməsi,məişət əşyaları və Novruzun simvolları olan şəkərbura,paxlava,qoğalların xonça daxilində yerləşdirilməsi də çox təbii alınmışdır.Yerdə əyləşmiş qızların ətrafında Qarabağa məxsus tikmələr,yastıqçalar və önlərində isə samovar yer almışdır.Otaqda yerləşən qızların arxa divarında isə dərin mənalara malik motivləri,qırmzımtıl rəng tonu və ritmik həll ilə diqqəti cəlb edən“Xan Qarabağ”xalçası asılmışdır.
Eldar Hacıyev yaradıcılığında yer alan daha bir möhtəşəm nümunə isə “Qarabağ xalçalarının rəqsi”əsəridir(2.2.23).Qarabağ xalçalarına yenilikçi və fərqli tərzdə yanaşan müəllif burada Qarabağ xalça elementlərindən istifadə edərək onları rəqs edən doqquz qız üzərinə don kimi yerləşdirmişdir.Belə ki,qızları hər biri bir Qarabağ xalça kompozisiyasının simvolu,rəmzi kimi çıxış edir.”Buludlu”,”Çələbi”,”Butalı”,”Bəhmənli”,”Malıbəyli”,”Cəbrayıl”,”Əjdahalı”,”Xan Qarabağ”,”Qasımuşağı”kimi zəngin Qarabağ xalça kompozisiyaları məhz bir nümunə daxilində bu əsərdə cəmləşir.ilk dəfə olaraq Eldar Hacıyev yaradıcılığında ras gəlinən bir xalça daxilində saysız-hesabsız xalça motivlərinin cəm edilməsi müəllifin yaradıcılığını digərlərindən fərqləndirir.
Burada Qızların hər biri gözəlliyi və gülərüzlü olması və ən əsası isə ornamental donları ilə seçilir.Bundan əlavə olaraq müəllifin adət-ənənəyə bağlılığı və ehtiram burada da özünü məhz qızların Milli Azərbaycan rəqslərindən biri olan və birliyin,həmrəyliyin simvolu kimi çxış edən Yallı rəqsi ilə göstərmişdir.
Qədim və şanlı tarixi ilə diqqəti cəlb edən Vətənimizin ən az tarixi qədər zəngin olan incəsənətinin hər bir sahəsi xüsusi diqqətə,sevgiyə və dəyərə layiqdir.Əl əməyininin birbaşa məhsulu olan dekorativ tətbiqi sənət sahələri,o cümlədən xalçaçılıq da birbaşa olaraq tariximizin,zəhmətkeş Azərbaycan xalqının bacarığının,yüksək zövqünün məhsulu olduğu üçün daim bizlər tərəfindən öyrənilməli və öyrədilməlidir.Qarabağın Azərbaycan üçün xüsusi və əvəzedilməz yerini də nəzərə alaraq,burdakı hər bir sənətin bizim üçün nə qədər də dəyərli olduğunu anlamaq çətin deyildir.Tarixin canlı şahidi olmuş,Vətənindən uzun illər didərgin düşmüş,zərif ruhlu Qarabağ xalçaları,istər ənənəvi sujetlərilə,istərsə də müasir dövrdə yeniliklə sintezi ilə hər zaman gözəlliyin simvolu olaraq Azərbaycan incəsənətinin bir incisi rolunu oynamağa dəvam edəcəkdir.
Nəticə
“Qarabağ xalçaları ənənə və müasirliyin kəsişməsində”mövzusunun tədqiqi nəticəsində gəlinən nəticələri bu cür ümumiləşdirmək olar:
-Azərbaycan xalçaları daim dünya alimləri,rəssamlar və sənətşünaslarının diqqətini cəlb etməyi bacarmış və əks olunduğu hər bir tarixi mənbədə öz unikallığını müxtəlif dillərdən deyilən fikirlərlə dəfələrlə sübut etmişdir.
-Azərbaycan xalqı xalçaları,ümumiyyətlə,gündəlik həyatlarının bir parçasına çevirərək ondan müxtəlif ehtiyyaclarını qarşılamaq məqsədilə istifadə etmişlər.
-Qədim dövrlərdən etibarən zərifliyi,yüksək zövq və peşəkarlığı özündə cəm edən Azərbaycan xalçaçılığının Bakı,Şirvan,Gəncə,Qazax, Qarabağ,Təbriz qrupu hər zaman xalçaçılıq tariximizdə xüsusi bir əhəmiyyət kəsb etməyi bacarmışdır.
-Xalqımızın həyatının dəyərli və ayrılmaz bir parçası olmağı bacaran xalçaçılıq ənənələri və xalça məmulatları Vətənimizdə sevgiylə yoğrulmuş və nəsillərdən nəsillərə ötürülən ən dəyərli miras kimi bu günlərimizə inkişaf edərək gəlmişdir.
Buraxılış işinin yazılmasında qarşıya qoyulan bir çox məqsədlərdən aslı olaraq ilk növbədə xalçaçılıq ənənəsinin tarixi kökləri və Azərbaycan xalçasının qədimliyi,inkişaf dinamikası və müxtəlif ölkələrə məxsus elmi mənbələrdə əksi,yazılı faktlar əsasında öyrənilmişdir.Eyni zamanda xalçaçılığımızın Qarabağ səhifəsi də xüsusi olaraq vurğulanmışdır.
- Özünə məxsus bədii tərtibat,kompozisiya quruluşu və al-əlvanlığına görə bir-birindən fərqlənən Azərbaycan xalçaçılıq məktəbləri içərisində Qarabağ xalçalarının qədim tarixi,keçdiyi inkişaf yolu müxtəlif illərdə sənətşünaslar tərəfindən araşdırılaraq öyrənilmişdir.
-Sıx,hündür və yumşaq xovları ilə seçilən və 33 kompozisiyaya malik olan Qarabağ xalçalarının hər biri öz ilmələrində Qarabağın təbiətini,həyatını və havasını həkk etməyi bacarmışlar.Həyat eşqi saçması və buradakı təbiət ilə bağlı olaraq nağılvari quruluşları ilə seçilən Qarabağ xalçaları müasir dövrdə də sənətkarların ilham mənbəyi olmuşdur.
-Müxtəlif qədim dövrlərə aid edilən Qarabağ xalça nümunələrinin element və motivlərinin fərqli formada təqdimatı və müxtəlif materiallara müraciət edilərək ənənəni müasirliklə çox gözəl sintez etməyi bacaran Eldar Hacıyev yaradıcılığı,buraxılış işinin müasirliklə bağlı hissəsində əsas olaraq götürülmüşdür.Qarabağın“Xətai”,”Buludlu”,”Malıbəyli”,”Buynuz”,”Balıq”,
”Çələbi”,”Bəhmənli”,”Bağçada güllər” və s.ənənəvi kompozisiyalarının müasir dövr xalçaçılığında bədii tərtibat və rəng palitrasının inkişaf edərək əks olunduğu nümunələr ilüstrasiyaların cəm olunduğu albomda özü əksini tapmışdır.
-Xalça ornamentləri haqqında bir çox kitabın müəllifi olmuş xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynovun “Yeni Xətai”adlı nümunəsi müasirlik fonunda unikallığı ilə seçilir.
-Qədim dövr Qarabağdakı həyatı və Qarabağ evini bizə çox duyğusal şəkildə hiss etdirən və “Qarabağ otağı”nın müəllifi olan Fərid Rəsulovun da yaradıcı ruhu olduqca maraqlıdır.
-Ənənə və müasirliyi öz yaradıcılıqlarında əks etdirən Butunay Haqverdiyev,Faiq Əhməd,Çingiz,Fərid Rəsulov kimi yaradıcı sənətçilərin yaradıcılıqları və fəaliyyətləri Azərbaycan xalçaçılığının inkişaf etməsinə,qədim sujetlərin fərqli formada təqdiminə yönəlmişdir.
-Özündə rəmzi mənaları,dini düşüncə və fəlsəfi fikirləri cəm edən simvollarla zəngin olan Qarabağ xalçalarının hər biri individual sujet xətti,harmonika,kompozisiya vahidliyi və zəngin tərtibatları ilə diqqəti istər qədim dövrlərdə,istərsə də müasir dövrdə ona yenilikçi ruhla yanaşan xalçaçı rəssamların yaradıcılığında cəlb etməyi bacarır.
-Azərbaycan xalçaçılığının incilərindən biri olan Qarabağ məktəbi daim araşdırılmalı,öyrənilməli və nəsillərdən-nəsillərə ötürülərək bu günlərə gəldiyi kimi, müasirlik fonunda inkişaf etdirilərək sonrakı nəsillərə də ötürülməlidir.
Ədəbiyyat siyahısı
1)Azərbaycan xalçaları//Qarabağ inciləri//2016//Səh-80.
2)Azərbaycan xalçaları.Qarabağ qrupu.Bakı-2011-ci il.Elm nəşriyyatı.64-s.
3)Azərbaycan xalçaları Dünya kolleksiyalarında.Bakı-2010.176-s.
4)Azərbaycan xalçaları.2011-ci il.20-s.
5)Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi//Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyi//Təsviri və dekorativ-tətbiqi sənət məsələləri//Bakı: №1//2009//səh. 77.
6) Azərbaycan etnoqrafiyası//Bakı-2007,//“Şərq-Qərb” nəşriyyatı//Üç cilddə//I cild//səh.447.
7)Bakı, Şirvan, Quba xalçaları: Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından: kataloq.Ziya nəşriyyatı.2013-cü il.89-s.
8)Əliyeva K.Londonda ümumidünya xalça konfransı//Londonda Ümumidünya konfransı//Qobustan.Bakı:1983//№3,9-10 s.
9)Əfəndi R.Azərbaycan el sənəti(parça,tikmə,xalça)//Bakı:Azərbaycan Dövlət Nəşriyyatı//1971//77 s.
10)Əfəndi R.Azərbaycan dekorativ-tətbiqi sənətləri(orta əsrlər)//Bakı:İşıq1976,190 s.
11)Əfəndi R.Azərbaycan incəsənəti//Bakı:Çaşıoğlu//2001,179 s.
12)Əsədova X.İslam və xalça naxışları(XVI-XVII xalçaları əsasında)//İncəsənət və mədəniyyət problemləri.Bakı:Çaşıoğlu,2001,62-67 s.
13)Əsədova X.Ornament sənətindəki bəzi simvolik işarələr(XV buraxılış)//İncəsənət və mədəniyyətin probelmləri.Bakı:2005,3-8 s.
14)Əsədova X.Xalça sənətində rəmz və işarələr//”Yom”Türk dünyası mədəniyyət dərgisi.Bakı:2008,№12,85-89 s.
15)Hacıyev Qasım Əhəd oğlu. Qarabağın maddi və mənəvi mədəniyyəti.Təhsil nəşriyyatı.2010-cu il.152 s.
16)İqtisadiyyat qəzeti,21-27.04.2022.Səh-436.
17)Kərimov L.Azərbaycan xalçası.I c.Bakı:Leninqrad,1961,239 s.
18)Kərimov L.”Buynuz”adlı xalçaların mənşəyi//Elm və həyat.Bakı:1981,№2,34-36 s.
19)Kərimov L.Azərbaycanın xalça sənəti//Qobustan.Bakı:1983,№3,4-7 s.
20)Qədirova D. 'Malıbəyli' xalça naxışlarının semantikası. Azərbaycan xalçaları. jurnal. 2016.
21)Məhəmmədhüseyn H..Xalça sənətində naxış yaddaşı.Dərs vəsaiti.Bakı,”Təhsil”,2012,104 səh
22) Muradov V.Azərbaycan xalçaları. Qarabağ qrupu. Bakı: Elm, 2010, 272 s.
23)Muradov V.Azərbaycan xalçaları.”Azər-İlmə”Məhdud Məsuliyyətli Cəmiyyəti.”Sehrli ilmələr” Azərbaycan Xalçaları Qalereyası.
24) Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 11.
25) Mədəniyyət.- 2019.- 8 may.- S.2.
26)Mədəniyyət.- 2016.- 11 may.- S. 14.
27) “Naxışlarda yaşayan Şuşa” Mədəniyyət.- 2016.- 11 may.- S. 6.
28)Rzayev N.Əsrlərin səsi.Bakı:Azərbaycan Dövlət Nəşriyyatı,1974,80 s.
29)Rzayeva N.Möcüzəli qərinələr.Bakı:Azərbaycan Dövlət Nəşriyyatı,1984,120 s.
30)RzayevN.Əcdadların izi ilə.Bakı:Azərbaycan Dövlət Nəşriyyatı-poliqrafiya birliyi,1992,104s.
31)”Respublika”2005,9 fevral
32) Tağıyeva R. Hüseynova G., Səlimov Y.Azərbaycan xalçaçılıq ənənələri və bədii sənət sahələrinin saxlanılması və təbliği məqsədilə muzey təhsili proqramlarının inkişafı üzrə metodiki göstəriş. - Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi. – Bakı: 2011-cu il. Səh-60
33)Tağıyeva R.Azərbaycan xalçası.Bakı:Şərq-Dizayn,1999,262s.
34)Tağıyeva R.Azərbaycan xalçası məişətdə.Bakı:2006,143 s.
35)Tağıyeva R.Azərbaycan xalçası.Bakı:Elm,2007,151 s.
36) Tahirov K.//Azərbaycan xalçası: biblioqrafiya//M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası//Bakı//2012//469 s.
37) Tahirov. K.Azərbaycan xalçası (biblioqrafiya).M.F.Axundov adına Milli Kitabxana. Bakı: 2012, səh. 22.
38) Teymur B./525-ci qəzet.- 2014.- 2 dekabr.- S.7.
hvw166mks1kythm5o13qj6mwpe2wu8m